Bütün xəbərlər
"Newsweek": Putin Kiyevin müttəfiqlərini "Oreşnik" ZRK ilə bağlı xəbərdar etdi
Tarix: 17-12-2025 19:18 | Bölmə: Karusel

"Newsweek" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş Kollegiya iclasında "Oreşnik" raket sistemi ilə bağlı verdiyi açıqlama ilə Ukraynanın müttəfiqlərinə xəbərdarlıq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya lideri iclasda Rusiyanın "Oreşnik" sisteminin seriyalı istehsalına başladığını açıqlayıb.O, yeni raket sisteminin 2025-ci ilin sonuna qədər istifadəyə veriləcəyini bildirib.
"Silahlarla bağlı bu açıqlamalar Rusiyanın Ukrayna münaqişəsi zamanı özünü əhəmiyyətli dərəcədə yenidən silahlandırdığını iddia edən Avropa müttəfiqlərinə açıq bir xəbərdarlıqdır", - deyə, nəşr qeyd edir.
Rusiya Prezidenti həmçinin 4 noyabrda etdiyi çıxışında Oreshnik sisteminin seriyalı istehsalını elan edib. O, həmçinin 2026-cı ildə Sarmat ağır qitələrarası ballistik raket sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirmək planlarını açıqlayıb.
Bundan əlavə, Vladimir Putin Rusiya müdafiə sənayesinin getdikcə daha çox zəruri hərbi texnika istehsal etdiyini bildirib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər