21:27 / 17-12-2025
Məktəbdə asma tavan uçub
Bütün xəbərlər
19 yaşlı kişi terror aktı hazırlamaqda şübhəli bilinir
Tarix: 17-12-2025 21:39 | Bölmə: Karusel

Novaya Adıgey kənd sakini barəsində terror təşkilatında iştirak və terror aktına hazırlıq maddələri ilə cinayət işi açılıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Adıgey Respublikası üzrə mətbuat xidməti məlumat verib.
Müəyyən edilib ki, 19 yaşlı şübhəli Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının özəyini yaratmaq, Adıgey Respublikası və Krasnodar diyarının sakinlərini cəlb etmək və vətəndaşlardan ictimai toplaşma yerlərində terror aktları törətmək üçün istifadə etmək niyyətində olub.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi (Rusiya qanunvericiliyinə əsasən terrorçu kimi tanınan təşkilatın fəaliyyətində iştirak) və 30-cu maddəsinin 1-ci hissəsi, 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsi (Terror aktı törətməyə hazırlıq) ilə cinayət işi açılıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər