Bütün xəbərlər
Tramp Latın Amerikasındakı hədəflərə qurudan zərbələr endirəcəyini açıqladı
Tarix: 13-12-2025 14:39 | Bölmə: Dünya

ABŞ Prezidenti Donald Tramp Latın Amerikasındakı narkotik kartelləri ilə əlaqəli olduğu iddia edilən hədəflərə qurudan zərbələrin tezliklə başlayacağını elan etdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu açıqlamanı 1980-ci il Amerika Birləşmiş Ştatlarının kişi xokkey komandasının üzvləri ilə görüşündə etdi.
"Dəniz yolu ilə gələn narkotik qaçaqmalçılığının 96%-ni dayandırdıq və indi qurudan (zərbə endirməyə - red.) başlayırıq", - deyə, Amerika prezidenti bildirib.
Tramp həmçinin əlavə edib ki, quruya zərbələr endirmək "daha asandır". O, "bu, tezliklə baş verməyə başlayacaq" deyə, aydınlıq gətirib.
Son bir neçə ay ərzində ABŞ dəfələrlə narkotik daşıdığı iddia edilən qayıqları məhv etmək üçün qoşunlardan istifadə edib və Amerika tərəfi həmçinin tankerin ələ keçirilməsini təşkil edib.Bu fonda ABŞ-ın Venesuela ilə münasibətləri pisləşib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər
2-12-2025, 19:28 Moqerini saxlanıldı