Bütün xəbərlər
Stubb: "Ukrayna münaqişəsinin həlli Kiyevin ərazini güzəştə getmək istəyindən asılıdır"
Tarix: 16-12-2025 20:29 | Bölmə: Manşet

Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Ukrayna münaqişəsinin həlli Kiyevin ABŞ-dan təhlükəsizlik zəmanətləri müqabilində ərazini güzəştə getmək istəyindən asılıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Stubbun vurğuladığına görə, Vaşinqtonun zəmanətləri "aydın bir quruluşa" malikdir.
"Hər şey Ukraynanın ərazini güzəştə getmək və müqabilində ABŞ təhlükəsizlik zəmanətlərini almaq istəyib-istəməməsindən asılıdır. Ukrayna əsasən öz təhlükəsizliyinə görə məsuliyyət daşıyır", - deyə, "Yle" onun sözlərini sitat gətirib.
Lakin Finlandiya lideri ABŞ zəmanətlərinin dəqiq mahiyyətini açıqlamaqdan imtina edib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Ukraynanın artıq ərazisinin bir hissəsini itirdiyini bildirmişdi.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər