12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
Adil Nağıyevə 5 illik şərti cəza verildi
Tarix: 12-12-2025 17:30 | Bölmə: Sosial

               adil-nagiyeve-5-illik-serti-ceza-verildi


“Şamaxı”nın sabiq müdafiəçisi, oyun alqı-satqısında ittiham olunan Adil Nağıyev məhkəmə qarşısına çıxarılıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 5 il azadlıqdan məhrum edilib. 
Amma ona 1 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab olunub. 
A.Nağıyev Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan “Şamaxı” – “Kəpəz” və ötən mövsüm Azərbaycan Kubokunun 1/8 finalında keçirilmiş “Zirə” – “Şamaxı” matçlarının nəticəsini manipuliyasiya etməkdə günahlandırılıb. 
Həmin oyunlarda o, komandasının məğlubiyyətinə mərc edib. Bunda isə A.Nağıyevə komanda yoldaşı Georgi Kantariya köməklik göstərib. 



Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər
16-02-2026, 15:19 10 canavar qeydə alınıb