Bütün xəbərlər
Finlandiyanın Baş naziri Ukraynaya Milli Büdcədən vəsait ayrılmasının qeyri-mümkün olduğunu elan etdi
Tarix: 17-12-2025 19:12 | Bölmə: Sosial

Finlandiyanın Baş naziri Petteri Orpo, 18-19 dekabr tarixlərində keçirilən sammitdə Aİ liderləri dondurulmuş Rusiya aktivlərini müsadirə etmək qərarına gəlməsələr, Kiyevə milli büdcədən yardım ayırmaq ideyasını qeyri-mümkün adlandırdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Financial Times" qəzetinə verdiyi müsahibədə Orpo, Ukraynaya, xüsusən də milli büdcədən yardım göstərilməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq bunu qeyri-mümkün adlandırdı.
Daha əvvəl Politico, Avropa Birliyinin Ukraynaya maliyyə yardımı göstərmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı qərar qəbul etmək üçün lazım gələrsə, 18 dekabrda keçirilməsi planlaşdırılan sammiti daha iki gün uzatmağa hazır olduğunu bildirmişdi.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
24-11-2025, 14:16 Yandırılan kənd