Bütün xəbərlər
Tayland Baş naziri hərbi əməliyyatlara icazə verən qətnamə elan etdi
Tarix: 08-12-2025 13:34 | Bölmə: Dünya

Kamboca ilə sərhəddə gərginliyin artması fonunda Tayland Baş naziri və Daxili İşlər naziri Anuthin Çarnvirakun hökumətin yeni hərbi əməliyyatlar aparmaq səlahiyyətini aldığını elan etdi.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Taylandın "Khaosod English" portalı məlumat verib.
Ölkənin Təhlükəsizlik Şurasının qətnaməsi bazar ertəsi günü Banqkokdakı Hökumət Evində qəbul edilib.
"Milli Təhlükəsizlik Şurasının qətnaməsini elan etməklə hökumət razılaşdırılmış tədbirləri həyata keçirəcək. Hər hansı bir vəziyyətdə, inkişaf edən vəziyyətdən asılı olaraq hərbi əməliyyatlar aparılacaq və digər zəruri məsələlər üçün hərbi əməliyyatlarda iştirak etmək hüququmuzu özümüzdə saxlayırıq", - dey,ə Çarnvirakun bildirib.
7 dekabrda Kamboca ilə sərhəddə baş verən atışma zamanı iki Tayland sərhədçisi yaralanıb. Bundan sonra bütün bölmələr tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
8 dekabr səhəri Tayland ordusu Kamboca qüvvələrinin Anupong hərbi bazasını atəşə tutduğunu, bir Tayland əsgərinin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib. Buriram əyalətindəki mülki infrastrukturun da çoxsaylı raket buraxılış sistemləri ilə vurulduğu bildirilir.
Buna cavab olaraq Tayland düşmən mövqelərinə zərbə endirmək üçün

"F-16" qırıcı təyyarələrini yerləşdirdi. Hərbçilər Kamboca ilə sərhəd ərazilərdən sakinlərin genişmiqyaslı təxliyəsinə başladılar. Hərbçilərin məlumatına görə, əhalinin təxminən 70%-i təxliyə edilib və təxliyə zamanı bir nəfər ölüb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər
2-12-2025, 19:28 Moqerini saxlanıldı