Bütün xəbərlər
Belçika müdafiə naziri: "AB ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasındakı tənqidlərlə sakitcə razılaşır"
Tarix: 07-12-2025 20:56 | Bölmə: Dünya

Bir çox Avropa siyasətçisi ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında (NSS) göstərilən Avropa İttifaqının tənqidləri ilə sakitcə razılaşır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Belçika müdafiə naziri Teo Franken sosial media platforması X-də bildirib.
Belçika müdafiə naziri dərc olunmuş sənədə münasibət bildirib. Sənəddə Ağ Ev Avropanı öz müdafiəsi üçün daha çox məsuliyyət daşımağa çağırıb və həddindən artıq tənzimləmə, kütləvi miqrasiya və senzura ilə bağlı problemlərə işarə edib.
"Bir çox avropalı bunu qəbul etməkdə çətinlik çəkir, baxmayaraq ki, onlar sakitcə bununla razılaşırlar. Və Köhnə Qitədə (Avropada - redaktorun qeydi) istənilən seçkinin nəticələri eyni şeyi göstərir: mühafizəkarlar bu mübarizədə qalib gəlirlər. Paradiqma dəyişir, oyanmış gündəm ölüb", - deyə, Franken yazıb.
Onun fikrincə, yeni NSS sübut edir ki, ABŞ Avropadan imtina etmir, əksinə narahatlıqlarını açıq şəkildə ifadə edir. Nazir qeyd edib ki, Prezident Donald Trampın seçki brendi milli dövlətləri dəstəkləməyə, azad sahibkarlığa və qanunsuz immiqrasiyaya qarşı mübarizəyə vurğu ilə xarakterizə olunur.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasına edilən düzəlişlər əsasən Rusiyanın vizyonu ilə uyğun gəlir.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər
2-12-2025, 19:28 Moqerini saxlanıldı