21:27 / 17-12-2025
Məktəbdə asma tavan uçub
Bütün xəbərlər
Merz: "Qərb və Ukrayna sülh yolu ilə həlldə diplomatiyanın həddinə çatıblar"
Tarix: 17-12-2025 19:56 | Bölmə: Manşet

Berlindəki ABŞ-Ukrayna danışıqlarında diplomatik səylər Qərb və Kiyev üçün münaqişənin həlli üçün "məqbul olan maksimum həddir".

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merz bu açıqlamanı Bundestaqdakı çıxışı zamanı verib.
Merz qeyd edib ki, son zamanlar Ukraynadakı münaqişənin həlli prosesində aydın bir impuls müşahidə olunur.
"Bu kürsüdən tez-tez eşidirik ki, Ukraynaya silah tədarükü əvəzinə daha çox diplomatik səylərə ehtiyac var. Xanımlar və cənablar, Berlində son günlərdə və saatlarda olduğundan daha çox diplomatiya olmayacaq", - deyə Almaniya kansleri bildirib.
Vaşinqton və Kiyev 14 və 15 dekabr tarixlərində Berlində sülh danışıqları keçiriblər. Danışıqların birinci raundu beş saatdan çox, ikincisi isə təxminən iki saat davam edib.
Amerika nümayəndə heyətinə ABŞ Prezidentinin elçisi Stiven Vitkov və Ağ Evin kürəkəni Cared Kuşner daxil idi.Ukrayna tərəfində Kiyev rejiminin lideri Vladimir Zelenski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov var idi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər