Bütün xəbərlər
Səfir: NABU İsraildəki Ukrayna səfirliyində istintaq hərəkətləri aparacaq
Tarix: 16-12-2025 20:26 | Bölmə: Dünya

Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) müstəntiqləri Ukrayna səfirliyində istintaq hərəkətləri aparmaq üçün İsrailə səfər edəcəklər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk bildirib.
Onun sözlərinə görə, NABU əməkdaşları tezliklə gələcəklər.
"NABU müstəntiqləri səfirlikdə istintaq hərəkətləri aparmaq üçün tezliklə İsrailə gələcəklər", - deyə, diplomat bildirib.
Bir neçə Ukrayna media orqanının məlumatına görə, istintaq 2023-cü ilin avqustunda "Zolotoy Mandarin Oil" şirkəti tərəfindən 54 milyon qrivnadan çox pulun mənimsənilməsi ilə əlaqədar axtarışa verilmiş keçmiş Ali Rada üzvü Georgi Loqvinski ilə bağlıdır.
Əvvəllər NABU-nun Ukrayna Dövlət Vergi Xidmətinin mərkəzi ofisində, eləcə də bir neçə regional ofisdə axtarış apardığı bildirilirdi.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər