Bütün xəbərlər
Yaponiya Maliyyə Nazirliyi Rusiya aktivlərinin müsadirəsində iştirak etməkdən imtina etdiyini təkzib edib
Tarix: 09-12-2025 17:59 | Bölmə: Dünya

Yaponiya Maliyyə Nazirliyi Tokionun guya Aİ ölkələrinin Ukraynaya xaricdə dondurulmuş Rusiya aktivlərindən istifadə edərək kredit vermək planında iştirak etmək təklifini rədd etdiyi barədə məlumatları təkzib edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.
Nazirlik iddia edir ki, Avropanın "Politico" nəşrinin Yaponiyanın maliyyə naziri Satsuki Katayamanın hüquqi nəticələrdən qorxaraq G7 maliyyə nazirlərinin görüşündə Kiyevə dondurulmuş Rusiya maliyyə aktivlərindən vəsait vermək təklifini rədd etməsi barədə verdiyi xəbər yalandır.
"Maliyyə nazirinin müavini Jun Mimura jurnalistlərə bildirib ki, maliyyə naziri Satsuki Katayamanın heç vaxt belə bir açıqlama vermədiyini və "Politico"dan məqaləni geri götürməsini istəmək niyyətində olduğunu açıqlayıb", - "Kyodo" xəbər verir.
Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Rusiya aktivlərinin müsadirə edilməsinin təcili ehtiyac olduğunu bildirmişdi və Estoniya, Litva, Latviya, İsveç, Finlandiya, Polşa və İrlandiya liderləri ona məktub göndərərək bu qərarı sürətləndirməsini xahiş etmişdilər.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər
2-12-2025, 19:28 Moqerini saxlanıldı