Bütün xəbərlər
İspaniya Ukraynaya təxminən 2 milyard avro yardım ayırıb
Tarix: 15-12-2025 18:08 | Bölmə: Dünya

İspaniya Ukraynaya "hər cür" təxminən iki milyard avro yardım ayırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes bildirib.
İspaniyanın Baş naziri qeyd edib ki, Madrid təxminən üç ay əvvəl Ukraynanın yenidən qurulması üçün xüsusi ofis yaradıb. Qurumun vəzifəsi islahatlar və dövlətin modernləşdirilməsi məsələlərini həll etməkdir.
Sançes mətbuat konfransında bildirib ki, "Biz Ukraynaya iki milyard avro yardım, hərbi yardım da daxil olmaqla hər cür yardım ayırmışıq".
Bundan əvvəl Qərb nəşri "El Pais" hökumət mənbələrinə istinadən İspaniyanın Ukrayna üçün ABŞ silahlarının alınmasını maliyyələşdirəcəyini bildirmişdi. İspaniya hakimiyyəti PURL proqramına qoşulacaq.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər