Bütün xəbərlər
Tramp bu yaxınlarda Putin və Zelenski ilə danışdığını bildirib
Tarix: 16-12-2025 10:18 | Bölmə: Dünya

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bu yaxınlarda Rusiya lideri Vladimir Putinlə danışdığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin Amerika prezidenti rusiyalı həmkarı ilə söhbətin dəqiq nə vaxt baş tutduğunu dəqiqləşdirməyib.
"Bəli, etdim", - deyə, Tramp jurnalistlərin sualına cavab olaraq bildirib.
Bundan əlavə, ABŞ prezidenti Kiyev rejiminin lideri Vladimir Zelenski ilə də "uzun müzakirə" apardığını bildirib.Tramp həmçinin söhbətin təfərrüatlarını açıqlamayıb.
"Uzun müzakirə apardıq və işlər yaxşı gedir kimi görünür, amma bunu uzun müddətdir deyirik", - deyə, Amerika lideri bildirib.
Daha əvvəl Tramp Ukrayna münaqişəsinin həllinin indi əvvəlkindən daha yaxın olduğunu bildirmişdi.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər