Bütün xəbərlər
General Müdafiə Nazirliyində yüksək vəzifəyə - Təyin olundu
Tarix: 13-12-2025 19:20 | Bölmə: Siyasət

              general-mudafie-nazirliyinde-yuksek-vezifeye


Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, bu barədə müvafiq Əmr imzalanıb.
Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.
Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.
Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.



Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər