Bütün xəbərlər
"Reuters": Kuba ABŞ ilə gizli şəkildə Maduronun Venesueladan getməsini müzakirə etdi
Tarix: 07-12-2025 10:36 | Bölmə: Dünya

Kuba nümayəndələri ABŞ ilə Nikolas Maduro Venesuela prezidenti olmasaydı, "dünyanın necə olacağını" müzakirə etdilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reuters" bu barədə mənbələrə istinadən məlumat verir.
Agentliyin mənbələri ABŞ-la hansı Kuba nümayəndələrinin əlaqə saxladığını dəqiqləşdirməkdən imtina etdi.
Reuters-in mənbələrindən biri bildirib ki, "Kuba rejiminin nümayəndələri ABŞ-la əlaqə saxlayıblar.Onlar Maduro rejimi olmadan dünyanın necə olacağı barədə müzakirələr aparıblar".
Başqa bir mənbə əlaqələri təsdiqləyib. Onlar əlavə məlumat verməyiblər.
30 noyabrda Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla bildirib ki, Respublika Vaşinqtonun Venesuela üzərindəki hava məkanının bağlanması ilə bağlı açıqlamalarını pisləyir və onları beynəlxalq hüquqa təhdid yaradan təcavüzkar hərəkət hesab edir.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər
2-12-2025, 19:28 Moqerini saxlanıldı