Bütün xəbərlər
Yaponiyada baş verən zəlzələ Fukuşima Daiçi Atom Elektrik Stansiyasında hələlik heç bir fövqəladə vəziyyətə səbəb olmayıb
Tarix: 08-12-2025 20:35 | Bölmə: Dünya

Yaponiyanın şimalında baş verən güclü zəlzələdən sonra zərər çəkmiş Fukuşima Daiçi Atom Elektrik Stansiyasında (AES) hələlik heç bir fövqəladə vəziyyət qeydə alınmayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə stansiyanın operatoru olan Tokyo Elektrik Enerjisi (TEPCO) məlumat verib.
"Fukuşima prefekturasında yerləşən Fukuşima Daiçi Atom Elektrik Stansiyasında heç bir fövqəladə vəziyyət qeydə alınmayıb", - operator açıqlamasında bildirib.
Daha əvvəl Yaponiyanın şimalında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Daha sonra sunami xəbərdarlığı verilmişdi.



Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər
24-08-2026, 17:53 Alman milyarder vəfat etdi