Bütün xəbərlər
Rubio: "ABŞ Sidneydəki terror aktını qətiyyətlə pisləyir"
Tarix: 14-12-2025 17:57 | Bölmə: Dünya

ABŞ Avstraliyanın Bondi çimərliyində iki terrorçunun atəş açmasını qətiyyətlə pisləyir. Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, faciə qurbanları, yəhudi icması və Avstraliya xalqı üçün dua etməyə çağırıb.
"ABŞ yəhudi bayramını [Hanukkahı] hədəf alan Avstraliyadakı terror aktını qətiyyətlə pisləyir. Antisemitizmin bu dünyada yeri yoxdur", - Rubio X sosial media platformasında yazıb.
Daha əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç də Avstraliyadakı terror aktını pisləyib.
14 dekabrda iki kişi Sidneydəki Bondi çimərliyində atəş açaraq, son məlumatlara görə, 12 nəfəri öldürüb.Yerli hakimiyyət orqanları hadisəni terror aktı kimi təsnif edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Kanberradakı Rusiya səfirliyi və Sidneydəki Baş Konsulluq yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır və hazırda qurbanlar arasında Rusiya vətəndaşlarının olub-olmadığını araşdırırlar.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər