Bütün xəbərlər
SUMQAYIT ŞƏHƏRİNİN 70 İLLİYİNƏ HƏSR EDİLMİŞ GƏNCLƏRİNİN “YAY MƏKTƏBİ” BAŞLADI
Tarix: 08-07-2019 13:41 | Bölmə: Reportaj

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt gənclərininQuba rayonunda “Yay məktəbi”nə start verilmişdir.Məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrası, şəhərin 70 illik yubileyinin layiqincə qeyd edilməsi, gənclərə milli-vətənpərvərlik hisslərini aşılanması, ölkəmizin bölgələrini tanımaları və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.Həmçinin “Yay Məktəbi”nin cari ildə də təşkil olunması barəsində şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun 16 mart 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində gənclərlə görüşündə müraciət səsləndirilmiş və müsbət qarşılanmışdır.
05 iyul 2019-cu il tarixindəHeydər Əliyev Mərkəzində “Yay məktəbi”nin ilk turunun açılış mərasimində Baş İdarənin rəisiElgün Hümbətov çıxış edərək Ölkə Başçısının, şəhər rəhbərliyinin,Gənclər və İdman Nazirliyinin gənclərimizə göstərdiyi diqqət və qayğıdan danışmış, yay məktəbinin məqsəd və vəzifələri, təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat vermiş, layihənin gənclərin bilikvə  bacarıqlarının, artırılmasına təcrübə mübadiləsinə, dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd etmişlər. Yay məktəbinin iştirakçıları layihənin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilində göstərdiyi köməkliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişlər.
“Yay Məktəbi”nin ilk turunda şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər, müxtəlif yarış, müsabiqə, festival qalibləri, Sumqayıt “Asan” Xidmət və Qızıl Aypara Cəmiyyətinin şəhər bölməsinin fəal gənc üzvləriiştirak etmişlər.

Azərbaycanın qədim bölgələrindən olan Quba rayonunda təşkil olunan “Yay Məktəbi”nin iştirakçıları Quba rayonun əsrarəngiz təbiəti ilə tanış olmuş, “Mənzərə”düşərgəsindəisə gənclər arasında intelektual, əyləncəli oyunlar və təlim təşkil edilmiş, yemək və çay fasilələri təşkil edilmişdir.

Sabaha-inamla.Az








Baxış sayı: 702


Bölməyə aid digər xəbərlər