Bütün xəbərlər
Türkiyədə simpoziumda iştirak edən Azərbaycan alimi ödül alıb
Tarix: 12-05-2019 14:37 | Bölmə: Reportaj


        AMEA Memarlıq və İncəsənət İnstitutunun  “Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kasimi Sehranə 1 may 2019 – il Türkiyənin paytaxtı  Ankara şəhərində keçirilən  “1 MAYIS ULUSLASRARASI SOSYAL POLİTİKALAR VE İNNOVATİF ARAŞTIRMALAR SEMPOZYUM” –da iştirak etmişdir.
        Kasimi Sehranə Ankara şəhərində keçirilən “1 MAYIS ULUSLASRARASI SOSYAL POLİTİKALAR VE İNNOVATİF ARAŞTIRMALAR SEMPOZYUM” –un başçısı kimi (başkan) dəvət edilmişdir.
        Simpozium Ankarada Kızılayda – (Kocatepe Mahallası, yüksel Cd.No:19, 06000 Çankaya/Ankara) Alba Hotelində keçirilmişdir. Simpoziuma  110  elm adamı məruzə göndərmiş, 80 məruzəçi qeydə alınmışdır.
       Simpozium cəmi bir gün – 1 may günü keçirilmişdir.
       “1 MAYIS ULUSLASRARASI SOSYAL POLİTİKALAR VE İNNOVATİF ARAŞTIRMALAR SEMPOZYUM” –na dünyanın bir çox ölkələrindən – Türkiyə, Azərbaycan, Qazaxıstan, Əfqanıstan, Özbəkistan və  digər ölkələrdən elm adamları qatılmışdılar.
              Simpoziumun məqsədi  dünya ölkələri alimləri arasında aparılan qarşılıqlı  elmi inkişafdan və innovativ araşdırmalardan ibarət idi. 
       Simpoziumun sonuncu günü   (01.05.2019)Sehranə Kasimiyə “Sayın  Doç.Dr. Sehrana Kasimiyə - Sempozyumun Onursal Başkanı” adlı    diplom (Ödül) təqdim edilmişdir.
      AMEA Memarlıq və İncəsənət İnstitutunun  “Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kasimi Sehranə  2 – 5 may 2019 – il Türkiyənin Erzurum şəhərində“AL – FARABİ 4. ULUSLARARASI SOSYAL BİLİMLER KONGRESİ”-nə  moderator (oturum başkanı) kimi dəvət edilmişdir.
     Konqress Ərzurum şəhərində  - Erzurum Heykel Muzesi (ERZURUM KONGRESİ -nin YAPILDIĞI TARİHİ BİNA), Alipaşa, Kongre Cd. No:44, 25040 Yakutiye /Erzurum – ünvanında keçirilmişdir.
     Konqrese 216 elm adamı məruzə göndərmiş, bunlardan 172 – si  qəbul edilərək, dəvət edilmişdir.
      2 – 5 may 2019 – il Türkiyənin Erzurum şəhərində keçirilən  “AL – FARABİ 4. ULUSLARARASI SOSYAL BİLİMLER KONGRESİ”-nə dünyanın bir çox ölkələrindən  - Türkiyə, Ürdün, Azərbaycan, Qazaxıstan, Ukrayna, Moldova və digər ölkələrdən elm adamları qatılmışdılar. 
            Konqressin məqsədi ölkələrarası sosial multidissiplinar əlaqələr və elmlərin qarşılıqlı əlaqəsi olmuşdur.
       Konqressin sonuncu günündə (05.05.2019) Kasimi Sehranəyə dörd gün ərzində etdiyi moderatorluğa görə “Təşəkkür Belgesi” verilmişdir.
      AMEA Memarlıq və İncəsənət İnstitutunun  “Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kasimi Sehranə 2 – 5 may 2019 – il Türkiyənin  Erzurum şəhərində  “AL – FARABİ 4. ULUSLARARASI SOSYAL BİLİMLER KONGRESİ” –ində    «ЭтнокультуратюркоязычныхнародовКавказа»   adlı  elmi məruzəsi ilə çıxış etmişdir.
        “AL – FARABİ 4. ULUSLARARASI SOSYAL BİLİMLER KONGRESİ” –in sonuncu günü (05.05.2019) Kasimi Sehranəyə  “Katılım Belgesi” təqdim edilmişdir.
P.S. Sabaha-inanmla.Az saytının kollektivi Azərbaycan alimi Sehranə Kasimini səmimi qəlbdən təbrik edir, ona yaradıcılığında uğurlar arzulayır! Qoy hər zaman ölkəmizi xaricdə layiqincə təmsil etsin, Azərbaycanımıızn adını uca tutsun!
Sabaha-inamla.Az


Baxış sayı: 1 260


Bölməyə aid digər xəbərlər