Bütün xəbərlər
Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Dostluq marafonu” adlı aksiya keçirilib
Tarix: 05-05-2019 00:54 | Bölmə: Reportaj

                                  

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Dostluq marafonu” adlı aksiya təşkil edilib.
Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Dostluq marafonu” adlı aksiyası keçirilib.
"Report"un Rusiya bürosunun məlumatına görə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçiriləcək "Küləyə qalib gəl" marafonuna həsr olunan Moskva aksiyası da millətindən, dilindən və dinindən aslı olmayaraq hər kəsi bir deviz altında birləşdirib.
Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) tərəfindən təşkil olunan, sağlam həyat tərzini aşılayan “Dostluq marafonu”nun 100-ə yaxın iştirakçısı 8 kilometrlik məsafəni gəzinti şəklində qət ediblər. İştirakçılar “Universitet” metrosunun yaxınlığında start götürərək Qorki bağında finişə çatıblar.
Ümumrusiya millətlərarası gənclər ittifaqının nümayəndəsi Kantemir Xurtayev isə "Report"a açıqlamasında bu cür təşəbbüsləri dəstəklədiyini qeyd edib.
"Bildiyiniz kimi Rusiya çoxmillətli ölkədir. Bu cür aksiyalar gənclərin birləşməsinə və bir birilərini yaxından tanımasına yardım edir. Sağlam həyat tərzinin nümayişi və təbliği isə qarşımızda duran ən əsas vəzifədir."
AMOR fəalları məsafə boyu marafon iştirakçılarına lazımi yardım göstəriblər.












Baxış sayı: 630


Bölməyə aid digər xəbərlər