Bütün xəbərlər
Musa Qasımlı görüşlərini davam etdirir
Tarix: 24-01-2020 01:31 | Bölmə: Reportaj
                      

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı Yardımlı-Masallı rayonlarında görüşlərini yanvarın 23-də də  davam etdirib.
Modern.az xəbər verir ki, deputatlığa namizəd  Nizami adına klubda insanlarla bir araya gəlib. İnsanlarla çox möhtəşəm görüş baş tutub. Tanınmış jurnalist Ələsgər Cəfərin apardığı toplantıda şəhər ağsaqqallarından Qulu İsmayılov, Asif Agayev,  Rahib Bədirov tanınmış şair yazıçı və publisistlərdən  Sakit İlkin, Əsədulla Sadıqov, Əlisəfa  Əhmədoflu, Malik Balaşov, Mərdan Dadaşli, İqbal Nemət müəllimlər Mirhumbət Səmədov və Seymur Hüseynov çıxış edərək seçicilərin öz seçimini etdiklərini, səslərini Musa Qasımlıya verəcəklərini bildiriblər.
Görüşdən sonra rayonun tanınmış təsərrüfat rəhbərlərindən biri olmuş Həsənağa Şərbətovun Urakəran kəndində yaş mərasimində iştirak edib. Ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Deputatlığa namizəd daha sonra şəhərdəki şəhid ailələrinə və qohumlarina baş çəkib.
Seçicilər dövlətin qayğısından razı qaldıqlarını bildiriblər.
Sonda Musa Qasımlı hər kəsə minnətdarlığını qeyd edib.


Baxış sayı: 585


Bölməyə aid digər xəbərlər