Bütün xəbərlər
SDU-nun rektoru Böyük Britaniyanın Middlsex Universitetinin (London) dosenti Ceorge Dafoulası qəbul edib
Tarix: 30-11-2019 18:15 | Bölmə: Reportaj
SDU-nun rektoru Böyük Britaniyanın MiddlsexUniversitetinin (London) dosenti  Ceorge Dafoulası qəbul edib.
Noyabrın 28-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi, Ufa Dövlət Neft-Texniki Universitetinin və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illiyinə  həsr olunmuş “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Böyük Britaniya,Türkiyə və digər ölkələrin aparıcı universitetlərinin alimləri, o cümlədən,Təhsil Nazirliyinin Elm sektorunun müdiri Əfqan Abdullayev, NKPİ-nin direktoru akademik Vaqif Abbasov, AKİ-nin direktoru akademik Vaqif  Fərzəliyev iştirak edib.
Konfrans işini iki gün ərzində altı bölmə üzrə davam etdirib.
Noyabrın 29-da Sumqayıt Dövlət Universitetində İngiltərənin Midllsex Universitetinin (London) Elm və Texnologiya fakültəsinin dosenti Corcious Dafoulasın iştirakı ilə “Ali təhsilli mütəxəssis hazırlığında keyfiyyətin innovativ təminatı məsələləri” mövzusunda “Dəyirmi masa” keçirildi.“Dəyirmi masa”da canlı bağlantı vasitəsilə respublikamızda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələri ilə (Qazi Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan özəl Universiteti) əlaqə qurulub, müəlliflər öz tezislərini onlayn təqdim ediblər, fikir mübadiləsi aparılıb.
Tədbirin ikinci günü dosent CorciousDafoulas tərəfindən “Avropa Ali təhsil məkanında tətbiq olunan standartlar və təhsildə keyfiyyət məsələləri” mövzusunda seminar keçirilib. Seminarda Sumqayıt Dövlət Universitetinin müəllim heyəti ilə yanaşı, Sumqayıt Texniki Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universitetlərinin müəllim heyəti və Naxçıvan Dövlət Universitetinin müəllim heyəti onlayn formada iştirak edib.Tədbir iştirakçıların maraqlandıran sualların cavablandırılması ilə sona çatıb.Dosent Dafoulas və SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev iştirakçılara sertifikat təqdim edib.
Sonra universitetin rektoru professor Elxan Hüseynov İngiltərənin Middlsex Universitetinin dosenti  Corcious Dafoulası qəbul edib, universitetdə görməkdən məmnunluğunu bildirib. Və qeyd edib: "Böyük Britaniya tarixən Azərbaycanda siyasi və iqtisadi maraqları olan qüdrətli dövlətdir və iki ölkə arasında əməkdaşlığın tarixi keçmişi vardır. İnanıram ki, bizim bu əməkdaşlığımız uğurla inkişaf edəcək, tərəfdaşlığımız davamlı olacaqdır".
Rektor rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq layihələr barədə məlumat verib. O, Bildirib ki, təhsil sistemimizin Avropa standartlarına uyğunlaşdırılması və daim inkişaf etdirilməsi SDU-nun beynəlxalq əlaqələrinin keyfiyyətcə dəyişməsində mühüm rol oynayıb.Sumqayıt Dövlət Universiteti öz nailiyyətləri ilə nəinki regionun, həmçinin ölkənin nüfuzlu elm-tədris mərkəzinə çevrilib. SDU bir çox faydalı layihələrə imza ataraq beynəlxalq əlaqələrini yüksək səviyyəyə çatdırıb, mükəmməl bir ali təhsil müəssisəsi modelini yaradıb. Bir sözlə, beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet  bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri və Xəzəryanı Dövlət Universitetləri Assosiasiyalarının üzvü olmuşdur. Universitetimizin hal - hazırda Türkiyə, İran, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Fransa, Avstriya, Finlandiya, İsveç, Litva, Macarıstan, İspaniya, Yunanıstan, Polşa, Ukrayna, İsrail, Qırğızıstan, Tacikistan, Qazaxıstan və s. ölkələrin ali təhsil müəssisələri ilə bağlanmış müqavilələr və beynəlxalq layihələr çərçivəsində beynəlxalq əməkdaşlığı həyata keçirir.
Köln Texniki (Almaniya), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft Texniki (Rusiya), Samara Dövlət Texniki Universitetləri (Rusiya) və s. ilə ikitərəfli müqavilələri mövcuddur. Rektor onu da qeyd edib ki, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr uğurla yerinə yetirilərək səmərəli nəticələr verir. Məqsəd SDU-nun dünyanın elm və təhsil məkanında nüfuzunu artırması, ən tanınmış universitet assosiasiyalarına qəbul olunması, beynəlxalq elm və təhsil birliklərində nüfuz qazanmasıdır. Təbii ki, fəaliyyətimizlə bu hədəfə doğru uğurla addımlayırıq.
İngiltərənin Middlsex Universitetinin dosenti  Ceorge Dafoulassəmimi və işgüzar görüşdən razı qaldığını bildirib. Konfransın yüksək səviyyədə təşkilinə görə universitetin rəhbərliyinə təşəkkür edib. Yeni layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini də bölüşüb. Görüşdə iki ölkənin təhsil sahələri arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri məsələsi müzakirə olunub.
29 noyabr konfransın sonuncu günü bağlanış mərasimi olub. Mərasimi Elmi işlər üzrə prorektor- professor Ramazan Məmmədov idarə edirdi. Digər sədrlər kimi Dəyirmi masaya sədrlik edən dosent Corc Dafoulas da hesabatla çıxış edib, 3 təklif irəli sürüb: 1.Konfranslara tələbələri cəlb etmək, 2. Posterlərlər çıxışları olması, 3. Müəssisələri konfranslara cəlb etmək. Ümumikdə konfransın yüksək səviyyədə keçdiyini və son 5 ildə iştirak etdiyi ən möhtəşəm tədbirlərdən biri olduğunu bildirib. Sumqayıt Dövlət Universitetinə gələcəkdə də dəvət alacağına ümid etdiyini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, dosent G.Dafoulas SDU-nun "Elmi xəbərlər" jurnaının redaksiya heyətinin üzv olmaq üçün razılıq sənədini imzalayıb. Xarici qonağa SDU-nun rektoru tərəfindən imzalanmış sertifikat, Sumqayıt şəhərinin və universitetin simvolunu özündə əks etdirən suvenirlər təqdim edilib.
Kamran Orucov
Sabaha-inamla.Az





  


Baxış sayı: 876


Bölməyə aid digər xəbərlər