Bütün xəbərlər
Rusiya Federasıyasının Sankt-Peterburq şəhərində“Azərbaycançılıq ideyası-Dünya Azərbaycanlı Gənclərin milli ideologiyası” adlı tədbirdən-FOTOLAR
Tarix: 14-11-2019 16:49 | Bölmə: Reportaj

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə, Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyi tərəfindən 09 noyabr 2019-cu il tarixində Rusiya Federasıyasının Sankt-Peterburq şəhərində“Azərbaycançılıq ideyası-Dünya Azərbaycanlı Gənclərin milli ideologiyası” adlı layihəsi əsasında,Rusiyadakı Azərbaycanlı gənclərin toplantısı keçirilib.İlk öncə Azərbaycanın dövlət Himni səslənib. Sonra cıxış edən Sankt-Peterbuq şəhərinin Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətin Gəncər ittifaqının sədr müvaini Elman Manafov,başda Tofiq Əlizadə olmaqla Azərbaycandan gələn qonaqları salamlayaraq tədbir barədə iştirakçılara qısa məlumat verib.Daha sonra cıxış ücün söz, tədbirin layihə rəhbəri Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin prezidenti Tofiq Əlizadəyə verilib.Tofiq Əlizadə tədbirdə cıxışında bildirdi ki, bu tədbirin məhz 09 noyabr Azərbaycanda Dövlət Bayraq gününə, 09-10 noyabr Dünya Azərbaycanlılarının 1-ci qurultayının keçirilməsinin 18- ci il dönümünə və 10 noyabr Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmyəyliyi ictimai birliyinin yaranmasının 24- cü ildönümü ilə üst-üstə düşməsi bir təsadüfdür. Deyildi ki, bütün dünyada oldugu kimi Rusiyada yaşayan Azərbaycvanlı Gənclərin milli birliyinin təşkilinə böyük ehtiyac var.Tofiq Əlizadə söylədi ki, “Azərbaycançılıq ideyası -Dünya Azərbaycanlı Gənclərin milli ideologiyası” adlı layihəsinin Rusiya Federasıyasının Sankt-Peterbuq şəhərində keçirilməsi ideyasının reallaşması məhz Azərbaycan Gənclər Fondunun qrant musabiqəsinin qalibi olduqdan sonra həyata keçirib . Natiq Azərbaycançılıq ideyaları,Azərbaycan tarixində baş vermiş vacib hadisələr, milli faciələrimiz,diasporamızın formalaşması, lobbiçilik fəaliyyəti ətrafında geniş məruzə edərək bildirdi ki, bu gün bütün dünyada yaşayan Azərbaycanlıların sayı artıq 60 milyona yaxındır. Onlarında demək olar ki, bir coxunun yaşları 18-35 yaş arasındadır. Məhz ona görə də, xaricdəki gənclərimizin təşkilatlanması və Azərbaycançılıq ideyaları ilə silahlanması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə catdırılması baxımından, onların yenidən təşkilatlanması qarşımıza qoyduğumuz məsələdə mühüm rol oynaya bilər.Axı xarici ölkələrdə cox savadlı və istedatlı gənclərimiz yaşamaqdadır Azərbaycan həqiqətlərinin təbliği, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, eləcə də KİV-lə əlaqələrin qurulması çox mühümdür. Azərbaycan diasporu sıralarında olan gənclərimiz bu məsələlərə daha çox diqqət yetirməli, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün öz imkanları daxilində əllərindən gələni etməlidirlər. 2009-cu ilin aprel ayında Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olmuşdur. Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmışdır. Bu gün xaricdəki Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən biri də torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırımı aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımının təbliğ olunması baxımından təcavüzkarların ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir Bizim təşkilatlarla, xarici ölkələrdə yaşayan Azərbaycanlı gənclər tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər gücləndirilməsi baxımında bele tədbirlərin keçirilməsi daha məqsədə uyğundur. Bu gün xaricdəki gənc soydaşlarımız arasında Azərbaycançılıq ideyasının gerçəkləşməsi ideyası,Azərbaycanlı gənclərinin Vətənə məhəbbət, xalqımızın tarixi,mədəni irsi, dövlət dili və rəmzləri,milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, onların potensialının ölkəmizin inkişafına cəlb olunması, eyni zamanda, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi, hüquq və azadlıqlarının müdafiəsi məsələləri əsas məsələrindən biridir. Tofiq Əlizadə toplantı iştirakçılaına bu gün Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasətdən,yeni-yeni qurulucuq işlərindən,islahatlardan, eyni zamanda da Rusiya-Azərbaycan arasında olan dostluq, qardaşlıq, iqtisadi-siyasi əməkadaşlıq münasibətlərindən və Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən xeyli danışdı.Sonra Rusiyada Azərbaycanlı gənclərimizin önəmli fəaliyyətlərinin qiymətləndirərək, Manafov Elman Sədaqət oğlu, İsmaylov Zülfüqar İlham oğlu, Quliyev Emil Zöhrab oğlu, Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin fəxri fərman və qiymətli hədiyyələrilə təltif edildilər.Daha sonra cıxış edən- Azərbaycanın Rusiya Federasiyasının Sankt-Peterbuq şəhərindəki vitse-konsulu Rüfət Dadaşov,Sankt-Peterbuq şəhərinin xarici əlaqələr komitəsinin nümayəndəsi Kolpakov İvan Aleksandorov,Sankt-Peterburq şəhərinin millətlər dostlugu evinin nümayəndəsi Ackasov Aleksey Valerievic, Azərbaycanlılaırn Rusiyada ictimai-siyası işlərdə daha fəali olması və özlərini daha yaxşı göstərmək imkanları əldə etməkləri barədə danışdılar.Sankt-Peterbuq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin icraçı direktoru Rəşidə xanım Orucova cıxışında Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburq şəhərində yaşayan Azərbaycanlıların, xususi ilə də gənclərin fəallığından ətraflı danışıb.Siyasət üzrə fəsəfə doktoru Elvin Talışınski də cıxışında xaricdəki soydaşlarımız arasında Azərbaycançılıq ideyalarının geniş tədliğ olunmasının vacibliyi barədə danışıb.Sonra Sankt-Peterburqdakı Azərbaycanlıların milli-mədəniyyətinin idarə heyyətinin üzvü Xeyransa Mirzəyeva,Sankt-Peterbuq şəhərində anadan olmuş gənclərimizdən,Sankt-Peterbuq Şəhəri Azərbaycanlıların milli-mədəni Muxtariyyətinin Gənclər İttifaqının sədri Zülfüqar İsmaylov və Gənclər İttifaqının mədəniyyət bölməsinin rəhbəri Quliyev Emil Azərbaycanlı gənclər adından cıxış edərək belə milli-ideoloji tədbrlərin təşkilinə və gənclər ücün gətirilən çoxsaylı hədiyyələrə, Azərbaycan bayraqlarına görə Azərbaycan Gənclər Fonduna və Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi ictimai biliyinə minnətdarlıqlarını bildirdilər. Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri də çəkdirildi.
Kamran Orucov
Sabaha-inamla.Az













Baxış sayı: 887


Bölməyə aid digər xəbərlər