Bütün xəbərlər
Məhsəti Hüseynova : “Qida və qidalanma haqqı Allahın bütün canlılara bəxş etdiyi hüququdur"
Tarix: 29-10-2019 11:11 | Bölmə: Reportaj

"Heç bir şəxs, heç bir şirkət, heç bir təşkilat bunu heç bir ad altında məhdudlaşdıra bilməz!”-Məhsəti Hüseynova

25-29 oktyabr tarixlərində Türkiyə Cümhuriyyətinin Sakarya şəhərində eyni anda 3 fərqli konfranslar keçirilir:Kimyəvi elmlər və texnologiyalar üzrə 5-ci, Humik turşular üzrə 4-cü, Təbiət elmləri və Mühəndislikdə ixtiralar üzrə 3-cü Beynəlxalq Türk Dünyası Konfransları. Sakarya Universitetinin kimya üzrə professoru Ahmet Tutar tərəfindən təşkil olunan bu konfranslar türk dövlətləri olmaqla hər il bir ölkədə keçirilir. Konfranslara dünyanın bir çox ölkələrindən Azərbaycandan, Ukraynadan, Bolqarıstandan, Banqladeşdən, Hindistandan, İrandan, Bosniya və Herseqovinadan, Əlcəzairdən, İraqdan və eləcə də, Türkiyədən çoxsaylı professorlar, mühəndislər və mütəxəssislər qatılmışdır. Azərbaycandan qatılan mühazirəçilər arasında sağlam qidalanma üzrə ekspert-təlimçi Məhsəti Hüseynova öz mühazirəsində “Sağlam Qidalanma və Qida təhlükəsizliyi” mövzusunda çıxış etdi. Çıxışı zamanı müasir dövrümüzün qlobal bəlası olan GMO haqqında açıqlamaları böyük maraqla qarşılandı. Yuxarıda qeyd olunan mövzularla bağlı bir neçə kitabın müəllifi olan Məhsəti Hüseynova bu sözləri ilə hər kəsin diqqətini çəkdi və alqışlarla dəstəkləndi.


“Qida və qidalanma haqqı Allahın bütün canlılara bəxş etdiyi hüququdur. Heç bir şəxs, heç bir şirkət, heç bir təşkilat bunu heç bir ad altında məhdudlaşdıra bilməz!” Müəllifin kitabında yer alan mövzular haqqında məlumat alan digər mühazirəçilər kitabın Azərbaycan xaricində də oxuna bilməsi üçün ingilis dilinə tərcümə edilib yenidən dərc olunması təklifini etdi. Qeyd edək ki, adı çəkilən konfranslar oktyabr ayının 29-na qədər davam edəcəkdir
Kamran Orucov
Sabaha-inamla.Az




Baxış sayı: 1 089


Bölməyə aid digər xəbərlər