Bütün xəbərlər
Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş turnir başa çatıb
Tarix: 30-09-2019 12:32 | Bölmə: Reportaj

Sentyabrın 28-ində Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini icmasının "Sərhədçi" Olimpiya İdman Mərkəzində birgə təşkil etdiyi Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş "Olimpiya ümidləri" adlı karate üzrə beynəlxalq xatirə turniri başa çatıb. 

6-13 yaşlı uşaqlar arasında təşkil olunan, dövlət himninin səsləndirilməsi ilə başlanan bu turnirin açılış mərasimində 1000-dək idmançının iştirak edib.
                                                

Sonra hərbi orkestirin ifasında səslənən məşhur Sumqayıt mahnısının sədaları altında yarışın hakimləri,məşqçiləri və idmançılar zala daxil olublar.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov giriş sözündəki çıxışında tədbir iştirakçılarını salamlayıb, idmançılara uğurlar arzulayıb.
                                 
Tədbirdə hərbiçilər müxtəlif karate nömrələri göstəriblər. Müğənillərdən Fuad Musayev, Xəyyam Nisanov, Dua Murad və b. milli qəhrəmana həsr olunmuş mahnılar oxuyublar. Sonra azyaşlı idmançlar öz məharətlərini göstəriblər. 
Tədbirin təşkilatçları tərəfindən bir qrup qonaqlar Fəxri fərman və yubiley medalı ilə təltif olunublar. Eləcədə yarışda qalib gələn idmançılar mükafatlandırılıb.
 
Kamran Orucov
Sabaha-inamla.Az





















Baxış sayı: 1 442


Bölməyə aid digər xəbərlər