Bütün xəbərlər
“Təcili yardımın çağırılmasını istədim, direktor mənə hirsləndi”
Tarix: 27-09-2019 20:07 | Bölmə: Reportaj

                     “Təcili yardımın çağırılmasını istədim, direktor mənə hirsləndi”


Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın növbəti məhkəməsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə şahidlər dindirilib.
Məktəbin tibb bacısı olmuş Ləman Nuriyeva ifadəsi zamanı deyib ki, hadisə olan vaxt poliklinikaya gedirmiş: “Zəng edib dedilər Elina yıxılıb, tez məktəbə qayıtdım. Elinanı direktorun otağında uzatmışdılar. İlkin yardım göstərdim, baxdım ki, qolunda bir-iki sıyrıq var. Lakin başqa yerində açıq yara yox idi. Təzyiqini ölçdüm, aşağı idi. Otaqda dedim ki, təcili yardım çağrılmalıdır, həmin vaxtı direktor və müavinləri də ordaydı. Onlardan bir səs çıxmadı. Yenidən yoxlayanda gördüm təzyiq getdikcə düşür. Yenidən təcili yardımın çağırılmasını istədim. Bu vaxtı Sevinc xanım üstümə hirsləndi, dedi ki, “sən işini gördün, otaqdan çıx. Lazım olanda biz çağıracağıq”. Məni otaqdan çıxartdı, 15 dəqiqədən sonda polislər, ondan bir qədər sonra Xalidə Bayramova gəldi. Təkrar məni otağa çağırdılar. Elinanın təzyiqini ölçdüm ki, 40-a yaxınlaşırdı. Bu zaman təcili yardım çağırdılar". 
Ramin Rəhimov deyib ki, Elina ilə “Instagram”da tanış olub: "Bir neçə dəfə görüşüb, onu evinə qədər ötürmüşəm. Anası Sevil xanımla da salam-sağ olum vardı. Elina mənə deyirdi ki, məktəbdə geyiminə, saçına görə sataşırlar. Özü deyirdi ki, bununla bağlı şikayət etsə də, heç kim bir tədbir görməyib”. 
Məhkəmə oktyabrın 2-də davam etdiriləcək.


Baxış sayı: 505


Bölməyə aid digər xəbərlər