Bütün xəbərlər
Oğrular Sonanın maşınının şüşələrini sındırdı -Fotolar
Tarix: 06-05-2019 12:39 | Bölmə: Cəmiyyət
Oğrular Sonanın maşınının şüşələrini sındırdı -  Fotolar


"Media FM"in aparıcısı Sona Rəsulova oğruların qurbanı olub. 

Axşam.az-ın məlumatına görə, ötən gecə aparıcının avtomobilinin şüşələrini sındırıb, soymaq istəyiblər. Hadisə Yasamal rayonunun Mətbuat prospekti ərazisində baş verib. 
Bu haqda xəbər verən Sona "bardaçok"dakı siqaretinin oğurlandığını bildirib. O, oğruların ətrafda olan başqa maşınları da soyduğunu qeyd edib:
"Qonşuyla 102-yə zəng elədik, gəldilər, sonra gedib polis bölməsində şikayət ərizəsi yazdıq. Gecə əməlli-başlı avtomobillərin soyqırımı olub, şumlaya-şumlaya gəliblər. Bir nəfərin maşınında şüşənin ikisini də sındırıblar. Telefonları oğurlanan kim, saatları, pulqabıları götürülən kim... Həmişə əlimə keçəni ora atıram. Amma bəxtlərindən bu dəfə hamısı təmizlənmişdi. Bircə kiminsə maşınımda qalan siqaret qutusunu götürüblər. Hər yanda kameraların və texnologiyaların inkişaf etdiyi bir vaxtda, bu nə özbaşınalıqdır? Belə dərd olar?".
 
 
 
 


Baxış sayı: 601


Bölməyə aid digər xəbərlər