Bütün xəbərlər
Krım məhkəməsi ukraynalı kəşfiyyatçıya 11 il həbs cəzası verib
Tarix: 02-05-2024 12:57 | Bölmə: Cəmiyyət


Krım Respublikasının Ali Məhkəməsi casusluqda təqsirli bilinən Ukrayna vətəndaşını ciddi rejimli koloniyada 11 il müddətinə azadlıqdan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya FSB-nin Zaporojye vilayəti üzrə İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, həmin şəxs Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən işə götürülüb və Rusiya Silahlı Qüvvələrinin bölmələrinin Zaporojyedə yerləşdirilməsi və hərəkəti ilə bağlı məlumat toplayıb.
İstintaqın məlumatına görə, alınan məlumat raket və artilleriya zərbələri endirmək üçün Kiyevə ötürülüb. İstintaq zamanı təqsirləndirilən şəxslərin qanunsuz fəaliyyətini təsdiq edən materiallar götürülüb.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər