Bütün xəbərlər
Ermənistanda etirazçılar İrəvan-Tbilisi yolunu bağlayıblar
Tarix: 27-04-2024 16:51 | Bölmə: Cəmiyyət

Aprelin 27-də Ermənistan vətəndaşları Lori rayonunda İrəvan-Tbilisi magistral yolunu bağlayıblar.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, insanlar Azərbaycanla sərhədin delimitasiyasına etiraz edirlər.
"Vətəndaşlar Debed kəndi ərazisində İrəvan-Tbilisi yolunu bağlayıblar", - "Vətən naminə Tavuş" ictimai hərəkatının sosial şəbəkələrdə dərc olunmuş mesajında deyilir.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bildirmişdi ki, Ermənistan və Azərbaycanın xüsusi komissiyaları səkkiz kənd arasındakı sərhədin müəyyən hissələrinin “Sovet İttifaqında mövcud olan qanuni əsaslandırılmış respublikalararası sərhədə” uyğunlaşdırılması barədə əvvəllər razılığa gəliblər.
Xatırladaq ki, aprelin 20-dən Ermənistanda etirazçılar İran və Gürcüstana gedən avtomobil yollarını bağlayırlar. Etirazçılar sərhədyanı ərazilərin delimitasiyası və Azərbaycana verilməsi prosesinin dayandırılmasını tələb edirlər.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər