Bütün xəbərlər
Dəmir yolunda elektrik cərəyanı vuran yeniyetmə ölüb
Tarix: 04-05-2024 11:20 | Bölmə: Cəmiyyət

Moskvada Andronovka stansiyasında dəmiryol relsləri yaxınlığında meyiti tapılan yeniyetmənin ölümünün səbəbləri aydınlaşdırılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin bildirdiyinə görə, ölüm səbəbi elektrik travması ola bilər.
İdarədən verilən məlumata görə, mayın 4-də səhər saatlarında Moskvada Moskva Dəmiryolunun Andronovka stansiyasının dəmir yolu yaxınlığında elektrik cərəyanı xəsarəti əlamətləri olan 16 yaşlı yeniyetmə meyitinin tapılması barədə məlumat daxil olub.
Dəmir yolu nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb.
Hazırda müstəntiqlər yeniyetmənin ölümünün hansı şəraitdə baş verdiyini araşdırır.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər