Bütün xəbərlər
Ukraynanın 4 İES-ində partlayışlar baş verib
Tarix: 27-04-2024 12:26 | Bölmə: Cəmiyyət

DTEK Telegram kanalında xəbər verir ki, Ukraynada dörd istilik elektrik stansiyasına (İES) partlayışlar nəticəsində ciddi ziyan dəyib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, avadanlıq xarab olub, mütəxəssislər fəsadları aradan qaldırmağa çalışırlar.
Ötən gecə bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib. Xüsusilə Dnepropetrovsk və Lvov vilayətində partlayışlar baş verib. Ukraynanın energetika naziri German Qaluşenko Dnepropetrovsk, İvano-Frankivsk və Lvov vilayətlərində enerji obyektlərinə ziyan vurulduğunu açıqlayıb.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər