23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
Əqli Mülkiyyət Agentliyinin şərhi: “Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsi cəhdlərinin qarşısı alınacaq
Tarix: 30-01-2019 23:23 | Bölmə: Sosial

Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsi, habelə Sayat Novanın “Kamança” şeiri ilə eyniləşdirilməsi cəhdlərinin qarşısı beynəlxalq qanunvericiliyə uyğun olaraq alınacaq.
Bunu Əqli Mülkiyyət Agentliyi Trend-in sualına cavab olaraq bildirib.
Agentliyin şərhində qeyd edilir ki, musiqisi görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin sözləri Əhməd Cavada məxsus “Çırpınırdı Qara dəniz” mahnısı Rusiyalı müğənni Avraam Russo tərəfindən başqa adla erməni mahnısı kimi ifa olunub və həmin mahnı Ermənistanda “2018-ci ilin mahnısı” adını alıb:
"Avraam Russonun ifa etdiyi bu plagiat mahnı “Youtube” internet portalında sözləri erməni aşığı Sayat Novaya məxsus “Kamança” mahnısı kimi təqdim olunur.
Hələ 2014-cü ildə Türkiyənin Sabah” qəzetində “Çırpınırdı Qara dəniz” mahnısının guya əsərlərinin böyük əksəriyyəti Azərbaycan dilində olan erməni şairi Sayat Novaya aid olması ilə bağlı məlumat yayılmışdı. Müəllif Hüquqları Agentliyi tərəfindən dərhal mahnının musiqisinin Üzeyir Hacıbəyliyə, sözlərinin isə Əhməd Cavada məxsus olmasını sübut edən hüquqi və arxiv materialları əsasında hazırlanmış arayış təsdiqedici materialların surətləri ilə birlikdə 2014-cü il mayın 7-də faksla, sonra isə əlavə materiallarla birlikdə rəsmi məktubla Türkiyənin Azərbaycandakı səfirliyinə göndərilmişdi. Bununla yanası, Agentliyin saytında da məsələyə dair şərh yerləşdirilmiş və KİV-lərdə yayılmışdı".
Qurum bildirir ki, “Çırpınırdı Qara dəniz” şeiri 1914-cü ildə Əhməd Cavad tərəfindən Gəncə şəhərində yazılıb:" Üzeyir Hacıbəyli 1918-ci ildə bu şeirə musiqi bəstələyib və mahnı bir çox tədbirlərdə ifa edilib. Türkiyәdә çox mәşһur olan bu maһnı müəlliflərin pantürkçülükdə ittiham oluna biləcəyi səbəbinə görə 1920-ci ildәn sonra uzun müddət Azәrbaycanda sәslәndirilmәyib.
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bu maһnı ictimaiyyәt qarşısında 1993-cü il martın 10-da Bakıda Respublika sarayında Әһmәd Cavadın anadan olmasının 100 illik yubiley gecәsindә sәslәndirilib.
Bununla yanaşı, bir çox nəşriyyatlarda, o cümlədən “Azərbaycan” nəşriyyatının nəşrlərində, “Musiqi dünyası” jurnalı, həmçinin elektron ensiklopediyalarda bu mahnının musiqisinin məhz Ü.Hacıbəyliyə məxsus olduğu göstərilib".
Əqli Mülkiyyət Agentliyinin musiqi eksperti, xalq artisti professor Faiq Sücəddinovun məsələyə dair rəyinə əsasən, Avraam Russonun ifa etdiyi “Kamança” mahnısı “...Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı, Qara dəniz” mahnısı ilə tamamilə üst-üstə düşür:
"Erməni plagiatının növbəti qurbanı olan bu mahnı muğamın şur (keçidində) təsnifində yazılıb. Təsadüfü deyil ki, Səid Rüstəmovun “Gəlmədin” mahnısı, Emin Sabitoğlunun “Dağlar” mahnısı da şur təsnifində yazılmış və Üzeyir bəyin musiqisindən bəhrələnib. Beləliklə, sözügedən mahnı muğamın şur təsnifində yazılan məşhur Azərbaycan mahnısı “Çırpınırdı, Qara dəniz” ilə tam üst-üstə düşür”.
Agentlik qeyd edir: "Bəllidir ki, əsərin müəllifinin adının göstərilməməsi, əvəzində ifaçının adının ön plana çəkilməsi erməni plagiatının işlənmiş alətidir (bax: Kamran İmanov, Erməni yadelli nağılları, 2008).
Sayat Novanın müəllifliyinə gəldikdə, onun şeir-mahnılarının, nəğmələrinin 70%-ə qədəri Türk-Azərbaycan dilində yaradılıb və yayılıb. Müasir erməni ədəbiyyatının banisi Xaçatur Abovyan bunları etiraf edərək yazıb ki, “... ermənilər ancaq türkcə oxuyurlar”, “ermənilərin mahnı ilə dastanları yoxdur”. Tanınmış erməni ədəbiyyatşünası S.Palasanyan isə əlavə edib ki, “...biz (ermənilər) hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik” (S. Palasanyan “Erməni nəğmələri”, S.Peterburq, 1868, erməni dilində). Erməni mənimsəmələrini təsdiqləyən digər erməni sənətşünas M.Nalbandyan isə xüsusi qeyd edib ki, “...əksər musiqi və nəğmələr türklərdən götürülüb. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitməmişəm...” (N.Nalbandyan, “Qədim şeirlər və nəğmələr haqqında”, Seçilmiş əsərləri külliyyatı, c. 1).
Sayat Novanın yaradıcılığı ilə bağlı aparılmış araşdırma da göstərir ki, onun əsərlərinin siyahısında “Çırpınırdı Qara dəniz” adlı şeir yoxdur.
Bundan başqa, 1982-ci ildə “Sovetskiy pisatel” nəşriyyatının Leninqrad bölməsində nəşr olunmuş “Саят Нова. Стихи” kitabında da Sayat Novanın bu adda və ya məzmunda şeiri yoxdur. Sayat Novanın “Kamança” şeiri Valeriy Bryusov tərəfindən rus dilinə tərcümə olunub.
Kamança ilə bağlı qeyd etmək lazımdır ki ermənilər tarın və kamançanın azərbaycanlılara məxsus olduğunu dəfələrlə etiraf etmişlər. Trdat Balean, dini xadim, folklor toplayan və naşir: “Aşıq alətlərinin adları türkcədir- saz, santur, kaman, yaxud kamança, bağlama” (Aрмянские ашуги. Собиратель Тридат Балеан. I Том, Издательство Мамурян, 1911, стр, 9, на армянском языке).
Trdat Balean: “Hətta şeirlərin adları da türkcədir: qoşma, dastan, qələndər, müstəzad-qələndər, müxəmməs-qələndər, divani, qəzəl, rübai-divani, müsəddəs-divani, səmai, müsəddəs-səmai, naxişkar-səmai, ədəkli-səmai, dübeyti, müxəmməs, təcnis, zəncirləmə, dildəyməz, əlifləmə, sətrənc, qitə, qəsidə, nəqarət və s.” (Aрмянские ашуги. Собиратель Тридат Балеан. I Том, Издательство Мамурян, 1911, стр, 9, на армянском языке).
Tbilisidə erməni dilində nəşr edilən “Mşaq” qəzeti 1916-cı ilin 3 sentyabr tarixli nömrəsində yazırdı ki, “...onların qulaqları tar və kamança səsləri ilə doldurulub. Ona görə də şərq musiqisi erməni xalqının cisminə və qanına hopub” (K. İmanov. “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinə müsahibəsindən. 15 noyabr 2011-ci il).
Azərbaycan mədəniyyəti və onun inciləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində bütün dünyada tanınır. Вeynəlxalq səviyyədə də “kamança” musiqi alətinin Azərbaycan xalqına məxsus olduğu qəbul edilib. 2017-ci ildə sonlarında Cənubi Koreyada keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın və İranın birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Bundan başqa kamança haqqında Agentlik tərəfindən onlarca elmi məqalə və araşdırmalar dərc olunub, xarici dillərə tərcümə edilib və aidiyyəti üzrə göndərilib. Beləliklə, kamança Şərq və Orta Asiya xalqları arasında müxtəlif adlarla geniş yayılan qədim musiqi alətlərindən sayılır və onun bir neçə növü olub. Kamança yaylı qopuzun törəməsidir (M. Kərimov. “Azərbaycan musiqi alətləri” kitabının ikinci nəşri. 2010. Səh.136). Ortaq türkcədə «kiçik kaman» mənasını verir. Adının əski türkcə “qam” və “an”/”un” sözlərindən (uca, müqəddəs səs) yarandıgı, qam-maqların Tenqri (Tanrı) ilə ünsiyyət məqsədi ilə səsləndirildiyi barədə fikirlər də öz təsdiqini tapıb".
Əqli Mülkiyyət Agentliyinin məlumatında deyilir ki, “Çırpanırdı Qara dəniz” mahnısının müəlliflərinin müəlliflik hüquqlarının qorunma müddəti bitdiyi üçün, həmin mahnı və şeir ictimai varidat dairəsindən sayılır və mahnının böyük əhəmiyyət daşıdığını nəzərə alaraq o, ictimai varidatdan dövlət varidatına keçirilib və hazırda dövlət tərəfindən qorunur:
"Bununla yanaşı, qeyd etmək lazımdır ki, müəlliflərin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması müddətsizdir. “Çırpınırdı Qara dəniz” mahnısının sözlərinin dəyişdirilməsi orijinal əsər müəlliflərinin şəxsi (qeyri-əmlak) hüquqlarının pozulmasıdır və qanun pozuntusu hesab olunur.
Odur ki, sözügedən əsərin hər hansı formada dəyişdirilməsi, mənimsənilməsi, özgəsinin adına çıxarılması müəllif-hüquq pozuntusu olaraq plagiata çevrilir.
Buna görə də Ü.Hacıbəylinin “Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsi, habelə Sayat Novanın “Kamança” şeiri ilə eyniləşdirilməsi cəhdlərinin qarşısı beynəlxalq qanunvericiliyə uyğun olaraq tərəfimizdən hər zaman alınacaq".
Baxış sayı: 848
Bölməyə aid digər xəbərlər

Dünən, 23:18
Murad dünya üçüncüsü oldu
Dünən, 18:23
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib