Çərşənbə axşamı, 3 iyun 2025, 18:55:07  
Son xəbərlər:
Bütün xəbərlər
Strijenova: "Motosiklet qəzasında dünyasını dəyişən aktrisa Zemlyanikina tələbələrin yanına tələsirdi"
Tarix: 16-05-2025 19:58 | Bölmə: Mədəniyyət
Strijenova: "Motosiklet qəzasında dünyasını dəyişən aktrisa Zemlyanikina tələbələrin yanına tələsirdi"


Qəzada dünyasını dəyişən aktrisa Yelena Zemlyanikina tələbələrinin yanına tələsdiyi üçün işıqforun qırmızı işığında yolu keçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, aktrisa və teleaparıcı Yekaterina Strijenova öz bloqunda ərinin bacısının hansı şəraitdə öldüyü haqda yazıb.
"Ailəmizdə böyük kədər var, Saşanın böyük bacısı Yelena Zemlyanikina vəfat edib. O, tələbələri görmək üçün instituta tələsir, yolu keçərkən motosiklet onu vurub. Həyatımız dayanıb".
Sovet və rus aktrisası Yelena Zemlyanikinanın ölümü dünən məlum olub. Mayın 14-də qadını motosiklet vurub; onun 66 yaşı var idi. Nəqliyyat Departamenti bildirib ki, Yelena işıqforun qırmızı işığında yolu keçib.
Hadisənin şahidləri təcili yardım çağırsalar da, aktrisa həkimlər gələnə qədər dünyasını dəyişib.
Yelena Zemlyanikinanın dəfn mərasimi şənbə günü, mayın 17-də saat 11:00-da Brateevodakı Arxangel Mixail və Misir Məryəm kilsəsində keçiriləcək.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər
7-04-2025, 15:17 Yeni rəis o oldu - Foto