Bütün xəbərlər
İstanbul danışıqları başa çatıb, Rusiya və Ukrayna nümayəndə heyətləri dağılıb
Tarix: 16-05-2025 20:25 | Bölmə: Karusel

İstanbulda Moskva ilə Kiyev arasında üç ildən sonra birbaşa danışıqların birinci raundu başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha sonra hər iki ölkənin nümayəndə heyətləri mətbuata açıqlama vermək üçün dağılıblar.
Tərəflər texniki hesabatlar hazırlayıblar. Daha sonra nümayəndə heyətləri jurnalistlərə şərhlər veriblər. Ukrayna ilə İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski mətbuata açıqlama verib.
"Rusiya prezidentinin təşəbbüsü ilə Ukrayna tərəfi ilə təşkil olunmuş birbaşa danışıqlar indicə başa çatıb", - o, xəbər agentliklərinin nümayəndələrinə deyib.
Daha sonra Medinski Ukrayna nümayəndə heyəti ilə görüşü yekunlaşdırıb və İstanbulda əldə olunan əsas nəticələri qeyd edib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər