Bütün xəbərlər
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
Tarix: 29-04-2025 17:23 | Bölmə: Sosial

                 vetendaslar-polis-reislerine-birbasa-muraciet-edecekler



Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə DİN tərəfindən tədbirlər davam etdirilir.
“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşlar onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciət edə bilərlər.
Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və “e-polis” tətbiqində müvafiq bölmə yaradılıb.
Mobil tətbiqə daxil olaraq “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edib qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.
Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir.

                         







Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib