Bütün xəbərlər
ABŞ-da tornado azı 20 nəfərin həyatına son qoyub
Tarix: 17-05-2025 22:27 | Bölmə: Dünya

ABŞ-ın Missuri, Kentukki və Virciniya ştatlarını bürümüş şiddətli tufanlar nəticəsində 20-dən çox adam həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerikanın “The Washington Post” qəzeti Kentukki ştatında 14, Missuri ştatında 7, Virciniyada iki nəfərin öldüyünü yazır. Bundan əlavə, 700 minə yaxın insan işıqsız qalıb, 5 minə yaxın yaşayış binasına ziyan dəyib.
Təbii fəlakət yerində xilasetmə və axtarış işləri davam edir. Fırtınanın həftə sonu Texas, Oklahoma və Arkanzasa doğru hərəkət edəcəyi gözlənilir.
Sonuncu dəfə bu ilin martında Orta Qərb ştatlarını tornado vurmuşdu. O zaman 30-dan çox adam öldü.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər