Şənbə, 7 iyun 2025, 10:48:51  
Son xəbərlər:
Bütün xəbərlər
Zavodda baş verən partlayışdan sonra dağıntılar altından kişi meyiti tapılıb
Tarix: 16-05-2025 20:12 | Bölmə: Digər

Xilasedicilər Başqırdıstanın Salavat şəhərindəki “Sveça” müəssisəsində baş vermiş partlayışın nəticələrini aradan qaldırarkən ölmüş 46 yaşlı kişinin meyitini aşkar ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
“Nəticələr tamamilə aradan qaldırılıb”, - məlumatda deyilir.
Bundan əvvəl məlum olub ki, mayın 16-da səhər saatlarında Salavatdakı “Sveça” istehsalat müəssisəsində, ehtimal ki, soba avadanlığının təzyiqsizləşdirilməsi nəticəsində partlayış və yanğın baş verib. Üç nəfər ağır yanıq xəsarətləri ilə reanimasiyadadır.
Şəhər administrasiyasının rəsmi Telegram kanalı da partlayışdan sonra bütün gün Salavat üzərində pilotsuz təyyarələrin uçacağını açıqlayıb.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər