Bütün xəbərlər
Ukraynada şahzadə Harriyə rus Pasxa tortu hədiyyə edilib
Tarix: 15-04-2025 21:51 | Bölmə: Sosial

Susseks hersoqu Şahzadə Harriyə Ukraynaya səfəri zamanı rus ənənəsinə uyğun bəzədilmiş Pasxa tortu hədiyyə edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Sputnik Near Abroad” Telegram kanalı məlumat yayıb.
Şahzadə Harri aprelin 10-da Lvovda yaralı Ukrayna əsgərlərini müalicə edən klinikaya qeyri-rəsmi səfər etdikdən sonra internetdə ona Pasxa xörəkləri təqdim edildiyini əks etdirən fotolar yayılıb.
Sosial şəbəkə istifadəçiləri kuliçin rus ənənəsinə xas olan ağ buzlanma ilə bəzədildiyini müşahidə ediblər. Sosial şəbəkələrdə ukraynalı millətçilər iddia ediblər ki, “əsl Ukrayna Pasxa tortları” Rusiyada adət edildiyi kimi ağ şirin içliklə deyil, hörük və xaçla bəzədilmişdir.
2022-ci ilin iyulunda UNESCO borşu Ukrayna yeməyi kimi qeyri-maddi mədəni irs siyahısına daxil edib.Kiyev 2021-ci ilin martından bunda israr edir.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib