Bütün xəbərlər
Avtomobil 15 metrlik qayadan aşıb, bir nəfər ölüb
Tarix: 17-05-2025 23:09 | Bölmə: Digər

Dağıstanda avtomobil 15 metrlik qayadan aşıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, avtomobili idarə edən 79 yaşlı kişi dünyasını dəyişib.
Qəza Buynaksk-Gimri-Çirkat avtomobil yolunun 41-ci kilometrliyində baş verib. 79 yaşlı sürücü idarəetməni itirərək yoldan çıxıb və 15 metrlik uçuruma düşüb. Kişi xəstəxanaya aparılıb, daha sonra orada ölüb, regional Daxili İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər