Bütün xəbərlər
Ukrayna Timoşçuka qarşı Rusiya Silahlı Qüvvələrini maliyyələşdirməyə görə cinayət işi açıb
Tarix: 16-05-2025 20:28 | Bölmə: Karusel

Ukraynada Rusiyanın "Zenit" klubunun məşqçilər korpusunun üzvü Anatoli Timoşçuka qarşı Rusiya Silahlı Qüvvələrinin bölmələrini maliyyələşdirməsinə görə cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev prokurorluğu məlumat yayıb.
Ukrayna millisinin sabiq futbolçusunun öz avtoqrafı olan “Zenit” futbolkasını satdığı, satışdan əldə edilən 700 min rublun isə Rusiya ordusuna bağışlandığı iddia edilir.
“Ukrayna milli futbol komandasının keçmiş kapitanına Rusiya hərbi hissələrini maliyyələşdirməkdə şübhəli bilinməsi barədə məlumat verilib”, - deyə, prokurorluq Telegram kanalında bildirib.
Ukrayna qanunlarına görə, Timoşçuku 10 ildən 12 ilə qədər həbs gözləyir.
Mayın 3-də Ukrayna İdman Nazirliyi Timoşçuku ölkənin idman ustası və əməkdar idman ustası titullarından məhrum edib. İdmançı özü bildirib ki, ondan siyasi manipulyasiyada istifadə olunmasına icazə verməyəcək.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər