Bütün xəbərlər
Rumıniyada NATO-nun yük maşını aşıb, iki fransız əsgəri yaralanıb
Tarix: 16-05-2025 20:22 | Bölmə: Karusel

Rumıniyada NATO-ya məxsus yük maşını dəmir yolu körpüsünə aşıb, iki fransız əsgəri yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yük maşını Çinku-Smirdan marşrutu ilə hərəkət edən Fransa hərbi kolonyasının bir hissəsi idi.
Fransızların orada olması təsadüfi deyildi. Məsələ burasındadır ki, may ayında Rumıniyada 10 ölkədən dörd mindən çox hərbçinin iştirak etdiyi çoxmillətli Dacian spring 2025 təlimləri keçirilir.
Yaralanan iki əsgər yaxınlıqdakı xəstəxanaya aparılıb. Onların vəziyyəti stabil qiymətləndirilir. RİA Novosti xəbər verir ki, hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər