09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Yanacaq tankerinin qəzaya uğraması nəticəsində 14 ton yanacaq yerə tökülüb
Tarix: 18-04-2025 09:50 | Bölmə: Sosial

Yanacaq daşıyan tankerin iştirakı ilə baş verən qəzadan sonra Yermakovski rayonunda neft dağılması baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 14 ton dizel yanacağı torpağa düşüb.
Çirklənmiş sahə 71 kvadratmetr təşkil edib. Bu barədə Rosprirodnadzorun Yenisey Regionlararası İdarəsi özünün Telegram kanalında məlumat yayıb.
İdarənin müfəttişləri təcili olaraq hadisə yerinə gediblər.Məlum olub ki, çəndə ümumilikdə 24 ton yanacaq olub.
"Neftin dağılması təsdiqlənib, 14 ton dizel yanacağı əraziyə dağılıb", - məlumatda deyilir.
Mütəxəssislər analiz üçün torpaq nümunələri götürüblər.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib