Bütün xəbərlər
İstintaq Komitəsi iki yeniyetmənin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı iş açıb
Tarix: 17-05-2025 10:10 | Bölmə: Karusel

Krasnoyarsk diyarında iki yeniyetmə Kansk şəhərində qatara çıxdıqdan sonra elektrik cərəyanı vurması nəticəsində ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı cinayət işi açılıb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb. Qeyd olunur ki, fövqəladə hadisə mayın 16-da axşam saatlarında Krasnoyarsk dəmir yolunun Kansk-Yeniseyski dəmir yolu stansiyasında baş verib. İki azyaşlı təhlükəsizlik tələblərini kobud şəkildə pozaraq hərəkət heyətinin üzərinə çıxıb və orada təmas şəbəkəsindən gələn elektrik cərəyanından xəsarət alıblar. Nəticədə hər ikisi dünyasını dəyişib.
İstintaq Komitəsi 263-cü maddənin 3-cü hissəsi ilə (“Dəmir yolu nəqliyyatının hərəkəti və istismarı təhlükəsizlik qaydalarını pozma, iki nəfərin ölümünə səbəb olduqda”) cinayət işi açıb.
Hadisə ilə bağlı nəqliyyat prokurorluğu araşdırma aparır.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər