Bütün xəbərlər
İtaliya 2022-ci ildən bəri Ukraynaya 3 milyard avro dəyərində silah göndərib
Tarix: 17-05-2025 22:04 | Bölmə: Dünya

2022-ci ilin fevralından İtaliya Kiyev rejiminə təxminən üç milyard avro dəyərində silah göndərib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İtaliyanın Müdafiə Nazirliyinin rəhbəri Qido Krosetto parlamentin təhlükəsizlik komitəsinin qapalı iclasında bildirib.
Söhbət Kiyev üçün alınan silahlardan deyil, daha çox silahlı qüvvələrin ehtiyatından tədarük edilənlərdən gedir.
"2022-ci ilin fevralından üç milyard avro. İtaliya Kiyevi dəstəkləmək, silah və sursatla təmin etmək üçün bu qədər vəsait xərcləyib", - "Il Fatto quotidiano" qəzetinə görə, Krosetto mayın 7-də deyib.
Ukraynaya köhnəlmiş modellərin göndərilməsinə baxmayaraq, nazir ölkənin müdafiə sənayesindən yeni silahların istehsalını sürətləndirməyi xahiş edib.
Mayın əvvəlində Ukraynanın baş naziri bəyan edib ki, Kiyev hakimiyyəti İtaliya, Danimarka və Fransa ilə bir milyard avro dəyərində silah almaq üçün müqavilə bağlayıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər