Bütün xəbərlər
Məhkəmə rüşvət almaqda şübhəli bilinən şəhər yol polisinin keçmiş rəisini həbs edib
Tarix: 16-05-2025 20:31 | Bölmə: Karusel

Məhkəmə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək bir gün əvvəl saxlanılan Çelyabinsk yol polisinin keçmiş rəisini iki ay müddətinə həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yüksək rütbəli polis zabiti iyulun 15-dək həbsdə qalacaq, Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti aydınlaşdırıb.
Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin sabiq rəisi Aleksandr Qaydenin həbsi bir gün əvvəl məlum olub. İstintaqın məlumatına görə, keçmiş asayiş keşikçisi bir neçə ildir ki, yüklərin daşınması zamanı aşkar edilən qanun pozuntularına göz yumaraq rayondakı yol tikinti şirkətlərindən birinin rəhbərindən xərac yığıb.
Bunun üçün o, mütəmadi olaraq rüşvət alıb, o cümlədən kommersiya təşkilatının rəhbərindən iki avtomobil - "Volvo S80" və "Toyota Camry", tikinti materialları və məişət texnikası alıb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər