21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Yunanıstanın məşhur xəbər portalı Naxçıvan barədə geniş məqalə yayıb
Tarix: 10-02-2022 21:24 | Bölmə: Siyasət
Baxış sayı: 435
Bölməyə aid digər xəbərlər
Tarix: 10-02-2022 21:24 | Bölmə: Siyasət

Yunanıstanın “E-Thessalia” xəbər portalı Naxçıvan barədə geniş məqalə yayıb. “Naxçıvan: qürurlu Azərbaycan diyarı, qədim sivilizasiyaların unikal məkanı” sərlövhəli məqalədə bildirilir ki, fevralın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümü qeyd edilib. Oxuculara bölgənin muxtar statusunun Moskva (16 mart 1921) və Qars (13 oktyabr 1921) müqavilələri ilə müəyyən edilməsi haqqında ətraflı məlumat verilib, həmin müqavilələrin Naxçıvanın Azərbaycanın tərkibində qalmasını təmin etdiyi vurğulanıb.
Məqalədə qeyd olunub ki, ötən il həm də Qars müqaviləsinin 100 illiyi qeyd edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov fevralın 8-də “Qars müqaviləsinin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Müəllif diqqətə çatdırıb ki, Qars müqaviləsi çox mürəkkəb siyasi şəraitdə bölgənin erməni təcavüzündən qorunmasında, ona muxtariyyət statusunun verilməsində də mühüm rol oynayıb. Belə ki, ermənilər Azərbaycanın əsas hissəsi ilə heç bir torpaq əlaqəsi olmayan Naxçıvana qarşı daim torpaq iddiaları irəli sürüblər və bu iddialardan heç vaxt əl çəkməyiblər. Vaxtilə qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı salınıb. Bu, məqsədli şəkildə edilib və ermənilərin torpaq iddialarına dəstək xarakteri daşıyıb.
Məqalədə Azərbaycanın müstəqilliyinə gedən yolun 1990-cı illərin əvvəllərində Naxçıvandan başlandığı vurğulanıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası o ağır günlərdə təhlükələrdən xilas edilməsinə görə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə borcludur. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsini öz üzərinə götürüb. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli dövlət rəmzləri ilk dəfə Naxçıvanda qəbul edilib, muxtar respublikanın adından “sovet sosialisti” sözləri çıxarılıb, ali sovetin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul edilib, SSRİ-nin davam etdirilməsi üçün referendumdan imtina edilib. Azərbaycan hələ SSRİ-nin tərkibində olarkən, sovet qoşunları bölgədən çıxarılıb, sərhəd məntəqələrində Azərbaycanın üçrəngli bayrağı qaldırılıb.
Bildirilib ki, ötən illər ərzində Naxçıvan mürəkkəb və çətin inkişaf yolu keçib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən dəmir yolu və avtomobil yolu bağlanıb, təcrid olunmuş Naxçıvan blokada şəraitində yaşamağa məcbur edilib. Uzun illərdir ki, blokada vəziyyətində qalan Naxçıvanda böyük zəhmət hesabına inkişaf təmin edilib. Bu gün Naxçıvan Muxtar Respublikası iqtisadi cəhətdən Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevrilib. Son illər Naxçıvanın sosial-iqtisadi inkişafı, əhalisinin rifah halının gündən-günə yüksəldilməsi istiqamətində çox mühüm addımlar atılıb.
Qeyd olunub ki, yazılı mənbələr və ərazidə aşkar edilmiş arxeoloji materiallar bir daha təsdiq edir ki, bəşər sivilizasiyasının beşiklərindən biri, Şərqin məşhur ticarət, incəsənət, elm və mədəniyyət mərkəzi olan Naxçıvan qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik milli irsə malikdir. Məşhur Gəmiqaya və ərazidəki digər abidələr Naxçıvanın yaşının 5 min ilə yaxın olduğunu bir daha sübut edir. Naxçıvanın adı tarixdə dəfələrlə dəyişdirilib. Bu adlardan bəziləri bunlardır: Nəkşi-cahan, Nuh çıxan və s. “Naxçıvan” sözü ilkin mənbələrdə Naksuana, Naxç, Naxçuan kimi qeyd olunub. Naxçıvanın adı ilə bağlı müxtəlif tədqiqatçılar tərəfindən bu qədər fikir irəli sürülməsinə baxmayaraq, ərazinin adı Nuh peyğəmbər və Dünya tufanı əfsanəsi ilə sıx bağlıdır. Naxçıvan şəhərində Nuh peyğəmbərin məzarı da mövcuddur və hazırda orada yenidənqurma işləri aparılır.
Məqalədə muxtar respublikanın turizm potensialından da ətraflı söz açılıb. Qeyd olunub ki, hazırda Naxçıvanın turizm potensialı çox yüksəkdir, ilboyu bir çox yerli və beynəlxalq səyahətçilər müasir infrastrukturun yaratdığı hərtərəfli şəraitdən istifadə edərək Naxçıvanın heyranedici mədəni irsi, qədim tarixi abidələri, möhtəşəm flora və faunası ilə yaxından tanış olurlar. Muxtar respublika sağlamlıq turizmi üçün də unikal məkandır. Naxçıvanın rəmzlərindən biri olan və təbii duz ehtiyatına malik olan Duzdağda yaradılan Fizioterapiya Mərkəzi müasir dövrün bəlası olan astma-bronx sistemi xəstəliklərinin müalicəsində dünyada unikaldır. Möminə Xatun, Yusif Küseyir oğlu, Qarabağlar, Gülüstan türbələri dünyanın zəngin memarlıq irsi kimi diqqəti cəlb edir. Dağ başında qurulan Əlincəqala bu diyarın məğlubedilməzlik simvoludur. Əshabu-Kəhf, imamzadələr, Xanəgah qədim yurdun ziyarət ünvanlarıdır. Qeyd edək ki, Əshabi-Kəhfin adı İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”də çəkilib.
Məqalənin sonunda vurğulanıb ki, bu qədim Azərbaycan diyarı hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən sonra regionda kommunikasiya dəhlizlərinin və nəqliyyat marşrutlarının açılması Naxçıvanın strateji əhəmiyyətini daha da artıracaq. Azərbaycanın qərb rayonlarını Naxçıvan ilə birləşdirəcək Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionda təkcə iqtisadi deyil, həm də müsbət siyasi proseslərə təkan vermək potensialına malikdir. Avrasiyanın ümumi nəqliyyat əlaqələrində müsbət yeniliklər baş verəcək, Zəngəzur dəhlizi Cənubi Qafqazdan keçən həm Şimal-Cənub, həm də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq. Bu, Naxçıvanın daha da sürətli inkişafına və çiçəklənməsinə töhfə verəcək.
Məqalə ilə bu linkdən tanış olmaq mümkündür:
https://e-thessalia.gr/nachtsivan-mia-perifani-gi-toy-azermpaitzan-monadikos-proorismos-archaion-politismon/
Baxış sayı: 435
Bölməyə aid digər xəbərlər
4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.














