Bütün xəbərlər
"Çempionat": ÇSKA Moskva yarımmüdafiəçisi Daler Kuzyaev üçün danışıqlara başlayıb
Tarix: 19-09-2025 23:22 | Bölmə: Karusel

Moskvanın ÇSKA futbol klubu yarımmüdafiəçi Daler Kuzyaev üçün danışıqlara başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Çempionat" mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yarımmüdafiəçinin özü də Orduya keçidin əleyhinə deyil. Mənbənin məlumatına görə, Moskva klubu “Lokomotiv”in futbolçusu Dmitri Barinovun transferi uğursuzluğa düçar olduqdan sonra hələ də yarımmüdafiəçi ilə maraqlanır.
Kuzyaevin 32 yaşı var. O, karyerası ərzində Sankt-Peterburqun “Zenit”, “Axmat Qroznı” və Fransanın “Havr” klublarında çıxış edib. O, həmçinin Rusiya millisində 50-dən çox çıxış edib. O, beşqat Rusiya çempionu, iki dəfə Rusiya Superkubokunun qalibi və bir dəfə Rusiya kubokunun qalibidir.
Həmin gün səhər saatlarında Moskvanın ÇSKA və Rusiya millisinin sabiq futbolçusu Mario Fernandes karyerasını başa vurduğunu elan edib. O, DÇ-2018-də Rusiya yığması ilə 1/4 finala yüksəlib.



Baxış sayı: 601


Bölməyə aid digər xəbərlər