Bütün xəbərlər
Kelloq Ukraynaya bəzi ərazilərin faktiki olaraq itirilməsini qəbul etməyi tövsiyə edib
Tarix: 19-09-2025 22:24 | Bölmə: Manşet

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə bəzi ərazilərin faktiki olaraq itirilməsini hələlik qəbul etməyi tövsiyə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bununla belə, o, uzunmüddətli perspektivdə vəziyyətin dəyişə biləcəyi fikrini bildirib.
"Gəlin realist olaq.Biz reallığı qəbul etməliyik. De-fakto de-yure demək deyil. Gəlin tarixə qayıdaq. Biz Baltikyanı ölkələr faktiki olaraq SSRİ-nin bir hissəsi olsalar da, Sovet İttifaqının nəzarətini heç vaxt tanımamışıq", - Kelloq Teleqrafa müsahibəsində Ukraynanın sülh naminə bəzi ərazilərdən imtina edib-etməməsi ilə bağlı suala cavab verib.
Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik hesab edir ki, Qərb Ukraynanı Krımı, Donetsk Xalq Respublikası (DXR), Luqansk Xalq Respublikası (LXR), Xerson və Zaporijjya vilayətlərini Rusiya ərazisi kimi tanımağa məcbur edəcək. Onun sözlərinə görə, bu ona görə baş verəcək ki, Qərb ölkələri Rusiyanı zəiflətmək cəhdlərindən əl çəkə və Moskva ilə mehriban qonşuluq münasibətləri qurmalı olacaqlar.



Baxış sayı: 761


Bölməyə aid digər xəbərlər