21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Adil Əliyev: “Prezident Soçidə qazanılmış diplomatik uğuru Brüssel səfərində daha da möhkəmləndirdi”
Tarix: 19-12-2021 00:01 | Bölmə: Siyasət
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla 14 noyabr 2021-ci ildə üçtərəfli görüşünün ardınca verdiyi bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan rəhbərləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatları çərçivəsində götürülmüş əsas öhdəliklərin yerinə yetiriləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə edilmiş anlaşmaların inkişaf etdirilməli olduğunu bir daha təsdiq ediblər. Bu isə o deməkdir ki, Avropa İttifaqı da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli formatda indiyə qədər əldə edilmiş və milli maraqlarımiza xidmət edən razılaşmaları dəstəkləyir, eləcə də Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirir. Soçidə əldə edilmiş anlaşmalar arasında Zəngəzur dəhlizinə dair müddəalar var idi. Brüssel görüşündə isə həmin anlaşmaların həyata keçirilməsi istiqamətində müəyyən irəliləyiş əldə edilmişdir. Bəyanatda bildirilir ki, Şarl Mişel Azərbaycan və Ermənistan arasında nəqliyyat infrastrukturlarının bərpasının əhəmiyyətini vurğulamışlar. O, bu istiqamətdə işlərə dəmiryolu xətlərinin bərpasından başlanılması, sərhəd və gömrük nəzarətinin qarşılılıq prinsipi əsasında təşkil olunması barədə razılığa gəlindiyini qeyd etmişdir. Qarşılılıq prinsipinin tətbiqi Prezident İlham Əliyevin Brüsseldə açıq şəkildə səsləndirdiyi arqumentə əsaslanır. Prezident bildirmişdir ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük məntəqələrinin olmasında israr etsə, onda biz eyni yanaşmanın Laçın dəhlizinə də tətbiq edilməsində israr edəcəyik. Prezident İlham Əliyevin arqumentinə müvafiq olaraq qarşılılıq prinsipi kimi ifadə edilmiş formula gələcəkdə Ermənistan və Azərbaycan sülh danışıqlarında müəyyən mənada presedent və ya baza prinsipi rolu oynaya bilər”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
A.Əliyev qeyd edib ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımalıdır: “Əks təqdirdə Ermənistanın da ərazi bütövlüyü tanınmaz və Qərbi Zəngəzur və digər tarixi torpaqlarımızla bağlı iddia qaldıra bilərik. Avropa İttifaqı nəqliyyat infrastrukturlarının yaradılması layihələrini iqtisadi baxımdan və investisiya vasitəsi ilə dəstəkləməyə hazır olduğunu bəyan edib. Habelə nəqliyyat bağlantılarının yaradılmasına dəstək məqsədilə iqtisadi məşvərət platformasının yaradılması təklifinə müsbət yanaşıb. Qeyd edilənlər göstərir ki, Zəngəzur dəhlizinin açılması regionun simasını həm iqtisadi inkişaf və tərəqqi, həm də sülh və təhlükəsizlik baxımından dəyişəcək. Bura münaqişə bölgəsindən müxtəlif tərəflərin əməkdaşlıq etdiyi sülh və inkişaf bölgəsinə çevriləcək. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 6-cı sammiti çərçivəsində baş tutmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfərinın əsas məqsədi həmin sammitdə iştirak etmək idi. Eyni zamanda, dövlət başçısı Brüsseldə NATO-nun mənzil-qərargahında olub, təşkilatın Baş Katibi Yens Stoltenberqlə görüşüb və NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Baş katib Stoltenberq Azərbaycanın təşkilatla əməkdaşlığını yüksək qiymətləndirib. O, Azərbaycan hərbçilərinin Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələri sırasında olduğunu xüsusi vurğulayaraq onların Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyyə edilməsində göstərdikləri müstəsna xidmətini təqdir edib. Dövlət başçımız İlham Əliyev də öz növbəsində NATO ilə əməkdaşlıqdan razılığını ifadə edib və qarşı tərəfə Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, Azərbaycanın mövqeyi və Ermənistanla sülh danışıqlarına başlamağa hazır olması barədə məlumat verib. Prezident İlham Əliyev NATO-ya üzv olan 20-yə yaxın ölkənin Azərbaycandan neft və 4 ölkənin isə qaz idxal etdiyini diqqətə çatdırıb. Bununla, Azərbaycanın NATO üzvlərinin enerji təhlükəsizliyinin təmin edilməsi məsələsinə önəmli töhfə verməsi qeyd olunub. Səfər çərçivəsində keçirilmiş tədbirlər və görüşlər Azərbaycanın həm Avropa İttifaqı ilə, həm də NATO ilə münasibətlərinin dinamik, səmərəli olduğunu və bərabərhüquqlu tərəfdaşlığa əsaslandığını bir daha təsdiq etdi. Azərbaycanın dünyanın müxtəlif hərbi, siyasi və iqtisadi qütblərində duran dövlətlər və təşkilatlarla konstruktiv, bərabərhüquqlu və məhsuldar tərəfdaşlıq münasibətlərində olması onun ayırıcı deyil, birləşdirici rol oynamasını və beynəlxalq sülh və əməkdaşlığa töhfə verən ölkə kimi çıxış etməsini şərtləndirir. Azərbaycanın bu rolu Prezidentin Brüssel səfəri zamanı bir daha qabarıq şəkildə nəzərə çarpdı. Prezident İlham Əliyev Brüsseldə Moldova və Ukrayna prezidentləri ilə də görüşüb. Moldova Prezidenti Maya Sandu ölkəsinin yaşadığı qaz böhranı zamanı məsələnin həllində Azərbaycanın göstərdiyi dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski isə dövlət başçımız İlham Əliyevin Ukraynaya səfərini səbirsizliklə gözlədiyini bildirmiş və İlham Əliyevin növbəti il ərzində imkan tapıb bu səfəri gerçəkləşdirməsini xahiş etmişdir. Azərbaycan sammitin yekun sənədi kimi qəbul edilmiş Birgə Bəyannamənin Belarusla bağlı 11-ci paraqrafına qoşulmayaraq öz müstəqil mövqeyini ortaya qoyub. Bundan əlavə, Brüsseldə keçirdiyi görüşlərdə və iştirak etdiyi tədbirlərdə qalib dövlətin prezidenti və möhtəşəm zəfər çalmış ordunun Müzəffər Ali Baş Komandanı kimi İlham Əliyevə göstərilən xüsusi diqqət aydın sezilirdi. Təsadüfi deyildir ki, Azərbaycana qarşı adətən qərəzli mövqe tutan və güclü erməni diasporu və lobbisinin təsiri altında olan Fransanın prezidenti Emmanuel Makron təşəbbüs göstərərək Prezident İlham Əliyev və Ermənistan Baş nazirinin iştirakı ilə qeyri-formal görüş təşkil edib və sonra da öz rəsmi sosial şəbəkə hesabında Azərbaycan dilində paylaşımlar edib. Səfər çərçivəsində Brüsseldə İspaniyanın “El Pais” qəzeti Prezident İlham Əliyevdən geniş müsahibə alıb. Müsahibə zamanı verilmiş suallar, xüsusən də Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiyamızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyətin təzahürüdür. Bu kontekstdə bir məqamı da qeyd etmək yerinə düşərdi. İlham Əliyev Şərq Tərəfdaşlığı sammitində çıxışı zamanı bildirdi ki, Ermənistan rəhbərliyi ilk dəfə olaraq beynəlxalq tədbirdə Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxış etməyib. Bu halın özü hərb meydanında böyük Zəfərimizin, Beynəlxalq Cinayət Məhkəməsində və hüquqi müstəvidə haqlı olduğumuzun və Soçidən Brüsselə qədər uzanan diplomatik təsirimizin nəticəsidir”.
Baxış sayı: 404
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.