22:52 / 24-09-2026
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
22:47 / 24-09-2026
Ankara taxıl dəhlizinin bərpası üçün diplomatik səyləri sürətləndirir
22:43 / 24-09-2026
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
22:34 / 24-09-2026
Xəzər dənizində təlimlər zamanı 12 Qazaxıstan hərbçisi həlak olub
22:29 / 24-09-2026
Tramp administrasiyasının Ukraynanın siyasi elitasına təsiri minimaldır
22:21 / 24-09-2026
Tusk polşalı keşişi bıçaqlayaraq öldürən ukraynalıya ağır cəza vəd etdi
22:16 / 24-09-2026
Lavrov və Qrossi İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə etdilər
22:13 / 24-09-2026
Lavrov Qrossi ilə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına endirdiyi zərbələri müzakirə etdi
22:10 / 24-09-2026
Avtobus və sığın toqquşub
18:39 / 24-09-2026
Beş nəfərə hücum edərək bir nəfəri öldürüb
18:37 / 24-09-2026
Amur pələnglərinin qorunmasının ümumiyyətlə ətraf mühitin qorunmasından ayrılmaz olduğunu bildirdi
18:33 / 24-09-2026
Kim Çen In Rusiyaya səfər etməyə dəvət olunub
18:30 / 24-09-2026
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
18:27 / 24-09-2026
Futbolçu Qluşakov Rusiyada futbolun necə populyarlaşdırılacağını izah etdi
18:24 / 24-09-2026
Avropa İttifaqı Ukraynadakı islahatların yavaş tempindən narazıdır
15:43 / 24-09-2026
Məşqçinin ayı hücumu nəticəsində ölməsindən sonra cinayət işi açılıb
15:38 / 24-09-2026
Bir at ayı hücumundan sağ çıxdı
15:37 / 24-09-2026
Kiyevdəki böyük bir tekstil fabrikinin əsas istehsal müəssisəsi yanıb
15:35 / 24-09-2026
Almaniyanın Rusiyaya qarşı ittihamları "əbədi müharibəyə" səbəb ola bilər
15:31 / 24-09-2026
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
13:29 / 24-09-2026
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
13:21 / 24-09-2026
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
21:29 / 23-09-2026
Lavrov Fars körfəzindəki böhranı Misir xarici işlər naziri ilə müzakirə etdi
21:24 / 23-09-2026
Avtomobil yanğınında bir kişi ölüb
21:21 / 23-09-2026
Lokomotivi yandırdığına görə mühakimə olunacaq
21:19 / 23-09-2026
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
21:15 / 23-09-2026
Qadın polis iki dəfə ayıları zərərsizləşdirib
21:12 / 23-09-2026
Rusiya milli futbol komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin qız övladı dünyaya gətirib
21:09 / 23-09-2026
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21:05 / 23-09-2026
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
21:01 / 23-09-2026
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
20:58 / 23-09-2026
Vəkil: "Ciqan 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər"
19:46 / 23-09-2026
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya Qərb silahlarının verilməsinin nəticələri barədə xəbərdarlıq etdi
19:42 / 23-09-2026
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Rusiyanı ittifaq üçün təhlükə hesab etmir
19:39 / 23-09-2026
Yekaterinburqda üç yeniyetmə yoldan keçənə hücum edib; cinayət işi açılıb
19:35 / 23-09-2026
Taxıl elevatorunda bir qadın ölüb
19:32 / 23-09-2026
15 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində ölümcül xəsarət alıb
19:28 / 23-09-2026
Lavrov və Rubio BMT Baş Assambleyasının iclası çərçivəsində görüşdülər; danışıqlar təxminən bir saat davam etdi
ƏMƏK VƏ ZƏHMƏT DASTANI-Ramiz QASIMOV-Bu gün Sosialist Əməyi Qəhrəmanı Bahar xanım Talıbovanın doğum günüdür
Tarix: 17-03-2021 21:10 | Bölmə: Gündəm

Şair Asim Yadigarın “Bahar” poemasında Azərbaycanın Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın və onun simasında halal əməyin obrazı təcəssüm olunub
Naxçıvan ədəbi mühitinin sayılıb-seçilən istedadlı söz adamlarından olan Asim Yadigar Naxçıvana həsr etdiyi qiymətli əsərlərilə şöhrətə malikdir. Doğma Vətənin taleyi timsalında Naxçıvan obrazının yaradılması, bu doğma yurd yerinin vəsf və tərənnüm edilməsi onun da əsərləri üçün səciyyəvidir. Öz əsərlərilə Naxçıvanda poeziyanın inkişafına vüsət verən sənətkarlardan biri kimi Asim Yadigarın çoxsaylı poemaları arasında bir əsəri də var ki, özünəməxsus və qiymətlidir. Çünki əsərin baş qəhrəmanı bir əmək qəhrəmanı, onun timsalında Əmək və Zəhmətsevərlik, başlıca ideyası torpağa bağlılıq, vətənə məhəbbət və sədaqətdir.
“Bahar” poeması şair Asim Yadigarın ərsəyə gətirdiyi mühüm əsərlərindən birini təşkil edir. Əsərdə baş qəhrəmanın timsalında əmək və zəhmətkeşlik haqda bəhs edilib. Əsərin baş qəhrəmanı Azərbaycanın Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbova və onun simasında ümumiləşdirilən xalq üçün çəkilən halal əməyin özüdür. Burada sanki əmək bir qəhrəman kimi çıxış edir, Bahar Talıbovanın timsalında əməkdən yaranan uğurlar və el qiyməti əsərin ideyasına çevrildiyi kimi, halal əmək və zəhmətin də təbliği başlıca yerdə gəlir. Şair torpağı və zəhmətkeşliyi ustad şair Nizamisayağı öyərək yazır:
Torpaq ucaldanı ucaltmaz heç kəs,
Ən çətin anda da torpağa sığın.
Necə gözəl deyib müdrik babalar,
Torpaq anasıdır bəxtiyarlığın!
Ucalmaq istəsən torpağa əyil,
Torpağa əyilən şaha əyilməz.
Torpağa alnından tər axıtmayan
Yediyi çörəyin qədrini bilməz.
Poemanın girişi olan bu hissədə müəllif əmək qəhrəmanı, zəhmətkeş insanla torpaq arasında bağlılıq və vəhdəti, müəyyən mənada, əhd-peymanı diqqətə çatdırır. İnsanı kamilləşdirən, ad-sana mindirən torpağı, torpağı isə barlı-bərəkətli varlığa, vətənə çevirən insana nəğmə qoşur, onların şanını-şöhrətini öyüb vəsf edir.
Poema nəğmələr adlanan bölmələr şəklində qurulub. Poemada hər bir nəğmə Baharla bağlı müəyyən hadisə, əhvalat və olan bir şeyi ifadə edir. Poemanı klassik poema ənənələrinə uyğun olaraq baş qəhrəmanın adı ilə “Baharnamə” və ya “Bahar dastanı” da adlandırmaq olar.
Poemanın I, II və III nəğmələrində Baharın anadan olması, dünyaya gəlişi və ailəyə bəxş etdiyi sevinc duyğuları əks etdirilib. IV və V nəğmələrdə Baharın ailəsində yaşanan xoşbəxtlik duyğuları və onun ardınca atası Məhərrəmin müharibəyə getməsi barədə bəhs açılır. VI və VII nəğmələrdə müharibəyə yollananların acı taleyi, eləcə də qəhrəmanın atası Məhərrəm kişinin müharibədən geri qayıtmaması ilə bağlı acı, kədər dolu hadisələr yer alıb. Məhz belə çətin illərdə körpələrin müəyyən işlərdə, tarla əməyində böyüklərinə kömək etmək zərurəti diqqət mərkəzinə gətirilmiş, gənc, yeniyetmə Baharın da anasına zəhmətli işlərdə yardım etməsi, əməyə, zəhmətə məhəbbətlə böyüməsi, hər bir zəhmət və çətinliyin öhdəsindən ləyaqətlə gəlməsi təsvir edilmişdir:
Analar tarlada, ərlər səngərdə,
Zaman sınayırdı uşaqları da.
Uşaqlar uşaqkən kişiləşirdi,
Hünər göstərirdi qızlar da hətta.
Balaca Bahar da anası ilə
Tarlada birlikdə tər tökürdü, tər.
Ömür kitabında Bahar xanımın
Qəmli bir dastandı ötən o illər.
Poemanın VII nəğmə adlanan “Qara kağız” hissəsində Xədicə ananın dilindən deyilən bu sözlər əsl Azərbaycan qadınının geniş ürəyi, ər sədaqəti, ailə vəfası, qadınlıq əzəmətindən xəbər verir və onu kiçik bir hissədə böyük qəhrəman kimi təcəssüm etdirir:
Məhərrəmin xətrinə
Dözüb yaşamalıyam.
Anayam, bu müqəddəs
Adı daşımalıyam.
Uşaqların qəlbinə
Bir xal düşə, qıymaram.
Onları dərd çəkməyə
İnan, bir gün qoymaram.
VIII nəğmədən başlayaraq Baharın şəxsi həyat yolu, onun xarakteri, həyat tərzi, idealları və geniş həyat yollarında irəliləyişi və parıltısı diqqət önünə gətirilir. Başqa uşaqlar, yeniyetmələr kimi uşaqlıq və yeniyetməlik həyatı müharibənin qurbanına çevrilən milyonlarla insandan biri kimi Baharın da acılara rəğmən həyata ümidlə tapınması və zəhmət həyatında özünə yer eləməsi oxucunun düşüncəsində ucalıq, əzəmət və ehtiram qazanır. Bahar 1943-cü ildən başlayaraq “Zəhmət” kolxozunda əmək həyatına başlayaraq özünü əsl zəhmətkeş bir insan, əməkçi bir vətəndaş kimi təqdim edir. IX nəğmədə Baharın uşaqkən özünü zəhmətkeş bir kolxozçu, əmək adamı kimi tanıtmasından bəhs edən müəllif körpə çiyinlərini ağır, zəhmətli işlərin altına verən Bahar xanıma lirik ricətdə də olur, onun ünvanına müraciət edərək haqqında xoş duyğularını bildirir:
Bu ellərin qızısan,
Çağlayan arzususan,
Parlaq Dan ulduzusan
Yoxdu sənə tay, Bahar!
Poemanın XI nəğməsindən başlayaraq Baharın əmək və zəhmət yollarında yüksəlişi başlayır ki, müəllif bu xətti böyük həvəslə işıqlandırır. XI nəğmədə pambıq tarlasında onun naməlum adamla söhbəti, naməlum adamın qəribə sualları, Baharın verdiyi məntiqli, dolğun, səlis cavablar və naməlum adamın bu söhbətdən məmnun qalaraq getməsi qəhrəmanı da, oxucunu da nigaranlıqda saxlayır. Bu nigaranlığın cavabı XII nəğmədə özünə cavab tapır: məlum olur ki, həmin naməlum adam yüksək dövlət vəzifəlilərindən biri olaraq onun əməyindən və cavabından razı qalaraq Baharın SSRİ Ali Sovetinə deputat seçilməyinin təşəbbüskarı və tərəfdarı olan bir insandır.
XIII və XIV nəğmələrdə yenə şairin lirik ricəti və baharın şərəfinə dediyi təbriklər, öygülər yer alır. Müəllif poemaya klassik poemalardakı kimi qəhrəmanın maraqlı yuxusunu da qatır və əsərə yeni bir rəng vermiş, qəhrəmanın həyatı, yaşantılarını, hadisələri oxucularına doğmalaşdırmış olur. Bahar bu böyük nailiyyətindən – SSRİ Ali Sovetinə deputatlığa namizəd seçilməyindən sonra yuxusunda atasını görərək onun da təbrikini və minnətdarlığını, alqış və xeyir-duasını alması əsərə romantik duyğular qatır.
Əsərin XVIII və XIX nəğmələri poemaya yeni bir məzmun, çalar, duyğu və hisslər qatır. Sosialist Əməyi Qəhrəmanı və pambıq ustası olan Bahar xanımın ailəsində - dogma qardaşının evində bir oğlan uşağı dünyaya gəlir və bu uşağın adını Vasif – vəsfə layiq “şən, şanslı, dost” - qoyurlar (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hörmətli Sədri Vasif Talıbovdan bəhs olunur – müəllif). Bahar xanım təkcə bu mövluddan çox sevinən bir bibi deyil, həm də onu bağrına basaraq bütün qəlbilə sevən və qayğısı altına alan bir ana kimi təsvir olunur. Qardaşının balasına analıq məhəbbəti göstərən Bahar xanımın dilindən deyilən bayatılar da diqqəti cəlb etməklə bərabər, əsərə rəngarənglik, şirinlik gətirir, oxuculara yeni duyğular təlqin edir:
Onu yatızdırıb dizinin üstə
Ona şirin-şirin layla deyirdi.
Ürək oxşayırdı avazı, səsi
Şirin laylaları sanki şeirdi:
Bundan şirin bala yox,
Olmaz, belə qala yox.
Qızılgüldü, lala yox,
Şəkərimdi, balımdı,
Vasif mənim balamdı!
Qığıltısı, gülüşü,
Uğurludu gəlişi.
Baldan şirin öpüşü
Verir şəkər, bal dadı,
Vasif mənim balamdı!
Yüz quzu qurban kəsim,
Əsərəm əsim-əsim.
Odur canım, nəfəsim.
Dağım, bürcüm, qalamdı,
Vasif mənim balamdı!
Əsər iyirmi altıncı nəğmə ilə başa çatır. Əməyi ilə ucalıq və şan-şöhrət qazanan Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya alqış sözlərini deyən müəllif bu əzəmətli insanın dünyada böyük bir ad, böyük bir şərəf və ad qoyaraq getdiyini nəzmə çəkir.
Qəhrəmana ölüm yox,
Ölməmisən, sən Bahar!
Gələcək nəsillərə
Adın qalır yadigar –
deyən müəllif Xalq şairi Səməd Vurğunun “Ölüm sevinməsin qoy…” məşhur misraları ilə əsərin qəhrəmanına əlvida deyir. Lakin əsər özü epiloqla bitdiyinə görə müəllif ona nikbin notlar əlavə edir. Çünki dünyaya yeni qədəm basan Vasif balanın qədəmləri uğurlu olur... Bu qədəmlər həm bir analıq vəzifəsi icra edən Bahar xanımın, həm də bir ailənin taleyinə uğur gətirir. Və bu kiçik qədəmlər böyüyərək iri addımlara çevrilir, onun həyat yolu isə böyük həyat mübarizəsinə, şərəfli ömür salnaməsinə, ləyaqətli insan dastanına çevrilir. O işıqlı zəka sahibinin həyat yolu dogma vətəninə böyük töhfələrlə, misilsiz nailiyyətlərlə mübarəkləşir. Vətəni Naxçıvanı dogma ana kimi bağrına basaraq onu daha ziyadə gözəlliklərə çatdırır, onu inkişaf etdirir, dirçəldir, dünyanın naxışına, incisinə çevirir. Bəli, bir ana əvəzi olaraq Bahar xanımdan alınan tərbiyə bir diyara, vətənə – Naxçıvana BAHAR ömrü bəxş edir. Bəli, Naxçıvan dərin sədaqət və böyük məhəbbətlə çəkilən əmək, misilsiz zəhmət sayəsində bir bahara – güllü-gülüstana çevrilir. Şair də əsərin epiloq hissəsində məhz əməlləri el-obasına inkişaf və dirçəliş gətirən bu böyük insandan və onun əzəmətli işləri sayəsində dünyaya günəş kimi parlayan Naxçıvandan ürəkdolusu söhbət açır. Müəllif sanki ömrü ömrə, əməli əmələ calayır və əməyin, çəkilən zəhmətin, əzmin və vətənə məhəbbətin qələbə təntənəsinə vəsf yazır, el duası edir:
Ruhun şad olsun sənin,
Şad olsun, Bahar xanım!
Bir oğul böyütmüsən
Fəxr edir Naxçıvanım!
Memartək naxış vuru
Bu torpağa, bu daşa.
Bu gün qədim Naxçıvan
Cənnətdir başdan-başa!
…Onuntək əziz, gözəl
Ulu, qədim, yurd hanı?
Övladındır döndərən
Cənnətə Naxçıvanı!
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Sabaha-inamla.az
Baxış sayı: 1 292
Bölməyə aid digər xəbərlər

22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi
14-06-2026, 16:16
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün cəsarət və fədakarlıq nümunəsidir-Könül Nurullayeva
5-06-2026, 00:04
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”
30-05-2026, 16:21
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
28-05-2026, 17:22
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib
28-05-2026, 17:08
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
27-05-2026, 23:30
Əli Nağıyev Rusiyada iclasda - Foto